Yuxarı

Ərdoğandan Almaniyaya: “Bizim də cavabımız var…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan Almaniyaya: “Bizim də cavabımız var…”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlament sədrinin müavini Ayşənur Baxçaqapılının Almaniyada polis tərəfindən saxlanılmasına münasibət bildirib.

Axar.az xəbər verir ki, 31-ci Muxtarlar toplantısında danışan prezident Türkiyənin lazımi cavab verəcəyini deyib:

“Parlament sədrinin müavinlərindən Ayşənur xanım Almaniyaya səfər edib. Çantasını oğurlayırlar, içində də pasportu olub. Gedib səfirlikdən müvəqqəti pasport alıb. Və hava limanında saatlarla saxlanılıb.

Sən terrorçunu ölkəndə qonaq kimi saxlayırsan. Amma bu ölkənin parlament sədrinin müavinini qapıda saatlarla gözlədirsən. İndi bunlara eynisini etmək lazımdır, ya yox? Bundan sonra da Ərdoğan diktator olur? Sən mənim parament sədrimin müavininə bu cür bir səhvi etsən, mən də cavab verməliyəm. Terrorçuları göndərsinlər, ya göndərməsinlər, biz də öz taktikamızla cavab verəcəyik. Yadelli biri minlərlə kilometr uzaqdan gəlib əməliyyat keçirir, bizə “yerinizdən tərpənməyin”, deyirlər. Bizə bunları çox görənlərə buraları dar edərik”.

Xatırladaq ki, Ayşənur Baxçaqapılı Almaniyada xoşagəlməz rəftarla qarşılaşıb. Xanımın içində pul, kredit kartı, pasport və şəxsiyyət vəsiqəsi olan çantası oteldə oğurlanıb. Hava limanında isə alman polisi xanım siyasətçi ilə kobud rəftar edərək onu polis bölməsinə aparıb.

Tarix
2016.12.07 / 16:22
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla