Yuxarı

Sui-qəsd gecəsi Putin hara gedirmiş? - Qəribə təsadüf

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sui-qəsd gecəsi Putin hara gedirmiş? - Qəribə təsadüf

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsd zəminində həyatını itirməsindən əvvəl Prezident Vladimir Putin Moskvada səhnəyə qoyulan bir tamaşanı izləməyə gedirmiş.

Məlumata görə, bu tamaşanın yazarı 19-cu əsrin əvvəlində Rusiyanın İrandakı səfiri olan Aleksandr Qriboyedovdur.

1795-ci ildə Moskvada anadan olan məşhur rus ədibi Qriboyedov 1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi olub. 1828-ci ildə İranla Rusiya arasında imzalanan və Azərbaycanın iki yerə bölünməsini şərtləndirən “Türkmənçay” müqaviləsinin hazırlanmasında iştirak edib. Bundan sonra isə o, İranda rəsmi səfir təyin edilib. Elə həmin ildə o, Tehranda səfirlik binasında qətlə yetirilib və meyiti Tiflisə aparılıb.

Onun “Ağıldan bəla” pyesi Azərbaycanda da dəfələrlə səhnələşdirilib.

Putinin İranda qətlə yetirilən səfirin pyesinə hazırlanmış tamaşaya baxmağa hazırlaşarkən Ankarada Karlovun qətlə yetirilməsi arasında paralellər aparanlar qəribə təsadüfə heyrətlənib.

Musavat.com xəbər verir ki, bu qəribə təsadüfü “Faynənşl Tayms”ın Moskvadakı müxbiri Maks Seddon ortaya çıxarıb. M.Seddonun bu barədə sosial şəbəkədəki tviti yüzlərlə insan tərəfindən paylaşılıb. Bəzi istifadəçilər bu xəbərin altına “Ankaradakı sui-qəsd Putinə və ya İrana göndərilən mesajdır?” şərhini yazıblar.

Qeyd edək ki, 20 dekabrda Moskvada Suriyanın taleyi ilə bağlı Türkiyə-Rusiya-İran xarici işlər nazirlərinin görüşü olacaq.

Tarix
2016.12.20 / 02:33
Müəllif
Axar.az
Digər xəbərlər

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla