Yuxarı

Maydandakı voronejli snayperin etirafı yayıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maydandakı voronejli snayperin etirafı yayıldı

Kiyevin mərkəzi küçələrində aksiyalar zamanı Voronejdən gətirilmiş snayperlər güllə atıb.

"Axar.az" xəbər verir ki, bu barədə Maydandakı hadisələrin iştirakçılarından biri "Elise" agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, fevralın 20-də aksiyaçılar Kalaşnikov avtomatından atəş açan sarı sarğılı hərbçini saxlayıblar:

"Biz insanlara dəqiq nişanla güllə atan şəxsi tutduq. Onunla ukraynca danışdıq, ancaq anladıq ki, o bizi dəqiq başa düşmür. Dedik ki, 10-a qədər ukraynca say, amma o, saya bilmədi. Rus dilində isə sürətlə saydı. Biz dərin şok içindəydik. Gözümüzün önündə qardaşlarımızı öldürürdü. Özünümüdafiə dəstələrindəki dostlarımızdan biri onun ayağına güllə atdı və bildirdi ki, hardan gəldiyini deməsə, Maydana, xalq məhkəməsinə veriləcək. Cavan oğlan gözü yaşlı danışmağa başladı. Bildiridi ki, Voronej vilayətindəndir. Onların bölmələri fevralın 10-da Krıma dislokasiya olunubmuş. Görəcəyi işin müqabilində 5-10 min dollar arasında pul aldığını dedi. Soruşduq ki, baş verənlər barədə Kremlin xəbəri varmı? Cavab verdi ki, Kreml elə Krımdadı. Putinin təlimatı ilə göstərişlər oradan verilir".

Tarix
2014.04.02 / 00:25
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla