Yuxarı

Fətullah Gülən dəli imiş? – Sənədlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fətullah Gülən dəli imiş? – Sənədlər

FETÖ-nun 15 iyul dövlət çevrilişini araşdıran Parlament Araşdırma Komissiyasının üzvü, AKP sədrinin müavini Səlcuq Özdağ Fətullah Gülənlə bağlı sensasiyalı məlumat paylaşıb.

Axar.az xəbər verir ki, millət vəkili FETÖ liderinin 1976-1977-cı illərdə ruhi dispanserdə müalicə aldığını deyib:

“Gülənin həyatı müəmmalarla doludur. O, 1976-1977-cı illərdə Manisada ruhi dispanserdə müalicə alıb. Bununla bağlı Manisa Ruh və Əsəb Xəstəlikləri xəstəxanasından sənədləri tələb etdik. Lakin bu sənədlərin yoxa çıxdığı məlum oldu.

1999-cu ildə mərhum Bülənt Əcəvit ona “Hörmətli xocam, səhhətiniz üçün ABŞ-a getməyiniz lazımdır”, - deyə məsləhət verib. Bundan dərhal sonra Gülən Hacəttəpə Universiteti Tibb fakultəsindən səhhəti ilə bağlı arayış aldı. Bu sənədi də xəstəxanadan istədik. O dövrə xəstəxananın baş həkimi olmuş Murad Tuncərə sorğu göndərdik. Ancaq yenə də məlumat əldə edə bilmədik. Sənədlərin yoxa çıxdığını dedilər.

Gülən martın 21-də ABŞ-a gedib. Türk Hava Yollarına (THY) məxsus təyyarənin 25 yerini satın alıb. Ancaq pilot 3 nəfərin səfər etdiyini görüb. Bunlardan biri Gülən, digər iki nəfər isə köməkçisi olub.

Gülənin səfəri ilə bağlı THY-dən sənəd tələb etdik. Ancaq bu sənədlərin də itdiyini dedilər.

Biz də sözügedən sənədlərin tapılması üçün Daxili İşlər Nazirliyinə müraciət etdik”.

Tarix
2016.12.29 / 14:48
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla