Yuxarı

Həmsədrlərin çağırışı İrəvanı "hərəkətə" gətirdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş prokuroru Artur Davtyan Tavuş rayonunun Azərbaycanla həmsərhəd Çinari kəndinə gəlib.

Musavat.com-un məlumatına görə, erməni mediası bununla bağlı Ermənistan Baş Prpkurorluğunun mətbuat xidmətinə istinadən xəbər yayıb. Məlumatda deyilir ki, A.Davtyan sakinlərlə görüşdükdən sonra şimal-şərq istiqamətindəki döyüş bölgəsinə gedərək orda xidmət edən hərbçilərlə təmasda olub. Baş prokuror erməni ordusunun əsgərləri ilə ötən ilin 29 dekabrındakı toqquşma barədə söhbət edib.

Düzdür, Ermənistan mətbuatı ənənəsinə sadiq qalaraq baş verənləri yanlış təqdim edir, toqquşmalara görə Azərbaycan tərəfi günhkar çıxarmağa çalışır. Ancaq Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, həmin gün erməni hərbi təxribatının qarşısını alarkən 3 düşmən hərbçisi məhv edilib. Döyüşdə həlak olan Azərbaycan ordusunun əsgərinin nəşi isə bu günə qədər qaytarılmayıb.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri nəhayət, ilk dəfə Ermənistana çağırış edərək əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin şərtsiz qaytarılmasını tələb edib.

Çox güman ki, erməni baş prokuror “araşdırma aparıldığı” bəhanəsi ilə bölgəyə səfər edib. Bu “araşdırma” səfəri əsgərimizin nəşinin qaytarılmasının tezləşdirilməsinə də xidmət edə bilər, gecikdirilməsinə də. O da mümkündür ki, sakinlər və əsgərlərlə söhbətdən sonra Ermənistan tərəf “erməni xalqının iradəsi”nin arxasında gizlənərək alçaq davranışlarını bir az da davam etdirsin.

Tarix
2017.01.11 / 00:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla