Yuxarı

Qərbdən Rusiyaya yeni zərbə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç həftəlik sakitlikdən sonra bu gün günorta saatlarında Rusiya səhm bazarında kütləvi satışla yadda qalıb.

Analitiklər bunu Ukraynadan, xüsusilə də bu ölkənin cənub-şərqi regionlarından gələn xəbərlərlə bağlayırlar. Bazar günü bu regionlarda indiki Ukrayna hakimiyyətinə qarşı kütləvi mitinqlər keçirilib, bir sıra inzibati binalar tutulub. Həmçinin Donetsk vilayətinin xalq soveti mayın 11-də Donetsk xalq respublikasının yaradılması ilə bağlı referendum təyin edib.

Saat 15.30-da MMVB indeksi 3,3 faiz, RTS indeksi isə 4,5 faiz düşüb. Ən çox FSK səhmləri (8,7 faiz) düşüb. Saat 16:40-da isə MMVB indeksi 3,1%, RTS indeksi isə 4,3% azalıb.

Səhmlərin azalması isə aşağıdakı kimi olub: "FSK EES" - 9,5%, "Rostelekom" - 5,7%, "İnter RAO EES"- 5,5%, "Rossiyskiye seti" - 5,2%, "Sberbank Rossii" - 4,5%, "Qazprom neft"- 3,7%, VTB - 3,7%, "Qazprom" - 3,7%, "LUKOYL" - 3,1%, "Maqnit" - 3,1%, "Severstal" - 2,2%, "Surqutnefteqaz" - 2,1%, "Tatneft" - 1,5%, "Nornikel" - 1,1%, "Rosneft" - 0,9%.

Dünya bazarında Rusiyanın əsas gəlir qaynaqlarından olan neftin qiyməti də ucuzlaşmağa başlayıb. Günorta saatlarında London birjasında "Brent" nefti 0,76% ucuzlaşaraq 105,82 dollar/barrelə düşüb (ANS).

Tarix
2014.04.07 / 22:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla