Yuxarı

AB üçün Breksitdən sonra - 5 ssenari

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB üçün Breksitdən sonra - 5 ssenari

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Breksitdən sonra Avropa Birliyinin inkişafı üçün 5 ssenari hazırlayıb.

Axar.az xəbər verir ki, Yunkerin hazırladığı ssenarilərin hər birində birlik üçün fərqli inkişaf forması nəzərdə tutulub.

Birinci ssenari Avropa Birliyinin siyasi rəhbərliyinin dəyişməməsi ilə bağlıdır. Belə ki, Brüssel son üç ildə təsdiq edilmiş islahatların reallaşdırılmasını davam etdirəcək. AB bu islahatlara əsasən, iqtisadiyyatın inkişafına, əmək bazarına, investisiyaların cəlb edilməsinə diqqətini yönəldəcək. Bununla belə AB üzvləri təhlükəsizlik və diplomatiya məsələlərində muxtariyyətlərini saxlayacaqlar.

İkinci ssenariyə əsasən Avropa Birliyinin rolu ancaq iqtisadi birliyə qədər azaldılacaq. Belə bazarın varlığının təmin edilməsi Brüssel bürokratiyasının əsas qayğısı olacaq. Bu, xarici çağırışlara qarşı hansısa kollektiv cavab vermək imkanlarını azaldacaq.

Üçüncü ssenari nisbətən daha kompromis xarakterlidir. Bu ssenariyə əsasən ölkələrin özlərinə dərin inteqrasiyaya gedib-getməmək imkanı veriləcək. Bu, Avropa Birliyinin təhlükəsizlik, maliyyə və sosial siyasət sferaların inkişafa səbəb ola bilər.

Dördüncü ssenari isə “Az, amma daha effektli etmək” adlanır. Bu ssenaridə Yunker iqtisadiyyat və siyasətin bir sıra sferaların müəyyən edilməsini və Brüsselin bu sferalarda aktiv olmasını təklif edir. Bunlar sırasına isə yasıl energetika, texnologiya və elektron iqtisadiyyat və digərləri aid edilir. Yunkerin burada ən çox qorxduğu məqam isə AB-nin 27 üzvünün məhz hansı sferaların seçilməsi ilə bağlı ortaq razılıq əldə edə bilməyəcəkləridir.

Beşinci ssenari isə “Birlikdə daha çox şey etmək” adlanır. Bu ssenariyə əsasən Avropa ölkələrinin inteqrasiyası artırılır, Brüssel bürokratiyasının isə effektivliyi və sürətliliyi artırılır. Avropa Birliyi bundan sonra dünya iqtisadiyyatı və siyasətində vahid oyunçu kimi çıxış edəcək. Yunkerə görə bu variantın ən pis tərəfinin insanlarla bağlı olduğunu bildirib. Belə ki, insanlar bu məsələdə Brüsselin onların əlindən milli hakimiyyətlərini aldıqlarını düşünə bilərlər.

Tarix
2017.03.02 / 13:46
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla