Yuxarı

Rusiya Krıma görə üçqat təzyiq altındadır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Krımın birləşdirilməsi ilə əlaqədar mürəkkəb üçqat təzyiq vəziyyətinə düşüb: dünya iqtisadiyyatında qeyri-sabitlik, öz problemlərimiz və sanksiyalar".

Bunu Rusiyanın Baş naziri Dmitri Medvedyev şərşənbə axşamı Dövlət Dumasında hökumətin hesabatı ilə çıxış edərkən deyib:

"Bizim qərarımız güclü reaksiya doğurub. Krım eləcə də sanksiyalar adı altında həyata keçirilən siyasi təzyiq üçün bəhanə olub. Mahiyyət etibarilə, son dərəcə mürəkkəb vəziyyət yaranıb. Rusiya ilk dəfə üçqat təzyiq vəziyyəti ilə üzləşib. Bir tərəfdən, bu, haqqında danışdığım qeyri-sabit dünya iqtisadiyyatı ilə, digər tərəfdən də bir sıra ölkələrin düşmənçilik siyasətilə bağlıdır. Hökumət qarşımızda dayanan çağırışların və bununla bağlı baş qaldıran məsələlərin ciddiliyini çox gözəl anlayır".

Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və onlarla bir sıra tərəfdaş ölkələr Rusiyanın Krımla bağlı mövqeyinə və yarımadanın Rusiyaya birləşdirilməsinə cavab olaraq bir neçə Rusiya siyasətçisi, parlament üzvü və sahibkar barəsində sanksiyalar tətbiq edərək onların aktivlərini dondurub və onlara vizaların verilməsini qadağan edib.
Bununla birlikdə, G7 ölkələri Rusiyanı gələcəkdə Ukrayna ətrafında vəziyyətin gərginləşdirəcəyi halda onun iqtisadiyyatının bir sıra sektorlarına qarşı sanksiyalarla hədələyib. RF Xarici İşlər Nazirliyi öz tərəfindən bildirib ki, Rusiya ilə sanksiyalar dili ilə danışmaq yersiz və səmərəsizdir. /Trend/

Tarix
2014.04.22 / 15:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla