Yuxarı

Jirinovski: “Kremlə gəlib hamısını asacağam” - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jirinovski: “Kremlə gəlib hamısını asacağam” - Video

Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski Rusiya Dumasındakı iclası yarımçıq tərk edib.

Axar.az xəbər verir ki, Jirinovskinin belə addım atmasına səbəb Dumanın vitse-spikeri Sergey Neverovun etika komissiyasının Jirinovskinin çıxışlarını təftiş etməyə çağırması olub.

Belə ki, parlamentdə çıxışı zamanı siyasətçi öz partiyasından olan namizədlərin Moskva vilayətində təzyiqlərə məruz qaldığını bildirib. Bundan sonra Dumadakı deputatlardan biri liberal-demokratların liderinə sərt cavab verib. Jirinovski bunun əvəzində “Görürsünüz, Vahid Rusiya Partiyası nə edir? Onlar satılmış deputatlardır” deməklə opponentinə cavab verib. Daha sonra partiya lideri çıxışını davam etdirərək prezident seçkiləri zamanı Kremlə gələcəyini, bütün opponetlərini asacağını və güllələyəcəyini söyləyib. Bundan sonra o, təhqirlərini davam etdirərək, tribunanı tərk edib.

İnsident kulminasiya nöqtəsinə vitse-spiker Sergey Neverovun çıxışı zamanı çatıb. Neverov etika komissiyasından Jirinovskinin çıxışını təftiş etməsini xahiş edib. Neverovun dediyi sözlər Jirinovskini dayandırmayıb. O, Vahid Rusiya Partiyasının üzvlərinə qarşı təhqirlərini davam etdirib və daha sonra partiyanın bütün deputatları ilə birgə parlament zalını tərk edib.

Tarix
2017.03.15 / 17:18
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla