Yuxarı

Su neftdən baha olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Finansial Tayms" Fransanın “Suez” şirkətinin rəhbərinə istinadən yazır ki, insanların, sənayenin və kənd təsərrüfatının tələbləri artdıqca, su bir gün neftdən baha ola bilər.

Jan-Lui Kosadın “Suez” firması bu ay “General Elektrik” şirkətindən qiyməti 3,4 milyard avro olan su aqreqatı alıb. Onun sözlərinə görə, yaxın gələcəkdə kimya, dava-dərman, mədənçilik və enerji kimi sənaye sahələrinin ən böyük çətinliyi adi su ilə bağlı olacaq.

"Finansial Tayms" qəzetinin "su bir gün neftdən daha bahalı xammal ola bilərmi" sualına cənab Kosad "bəli" cavabını verib. Şirkət rəhbəri deyib ki, 2035-ci ildə dünya əhalisinin 40 faizi sudan korluq çəkən ərazilərdə yaşayacaq. Bu isə öz növbəsində sənaye şirkətlərini insanlarla və əkinçiliklə su uğrunda rəqabət aparmağa məcbur edəcək.

"Hökumətlər sənayelərə deyirlər: Buyurun burada işləyə bilərsiniz, amma torpağın altındakı su ilə işiniz olmasın" – o deyib.

Şirkət sahibi inanır ki, firmalar yaxın gələcəkdə yalnız çirkab sularının təmizlənməsinə və dəniz suyunun duzsuzlaşdırılmasına bel bağlaya biləcəklər.

Kosad deyib ki, sənayelər üçün su xidmətlərinin 95 milyard avroluq bazarı ildə 5 faiz artımla inkişaf edəcək. Bu, ildə 3 faiz olacaq qlobal iqtisadi artımdan çoxdur.

Lakin "Finansial Tayms" yazır ki, “Suez” sənaye suları bazarına investisiya yatırdığı bir vaxtda Fransanın enerji qrupu “Engie” neft, qaz, habelə kömür sənayesini tərk etməyə hazırlaşır.

Məqalədə deyilir ki, hazırda sənayelər qlobal suyun beşdə birindən istifadə edirlər, halbuki insanlar bunun yalnız 5 faizini istehlak edirlər. Suyun qalanı kənd təsərrüfatına gedir. “GE Vater” şirkəti “ExxonMobil”, “Pfizer” və “Nestlé” kimi şirkətlərin sudan istifadəsini və istehlakını idarə edir. Bu ABŞ şirkətinin gəlirlərinin yarısı elə Birləşmiş Ştatlardan gəlir, lakin Kosad deyir ki, sənaye suları üçün əsas bazar inkişaf etməkdə olan ölkələr, o cümlədən, Çindir.

Onun sözlərinə əsasən, Çin hökuməti bundan sonra sudan normal istifadə etməyən şirkətlərin bu ölkədə zavodlar tikməsinə icazə verməyəcək. Maraqlıdır ki, “Suez” şirkəti GE şirkətinin su aqreqatını Kanadanın “Caisse de Dépôt et Placement du Québec” pensiya fondu ilə şərikli alıb.

Müsavat.com

Tarix
2017.03.20 / 17:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO nümayəndəsi erməni diplomatla nələri müzakirə etdi?

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla