Yuxarı

Çarə Ərdoğanın öldürülməsidir - Fransa ekspertindən şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:11

Türkiyənin Avropa Birliyinə üzvlüyü mümkünsüzdür. Hətta üzvlüklə bağlı razılaşma imzalansa belə, 27 ölkədən hər birinin bunu təsdiqləməsi lazımdır.

Axar.az xəbər verir ki, bunu “BFM Biznes” kanalının "Dünya 7 gündə" proqramında qonaq olan Fransa Beynəlxalq Əlaqələr İnstitutunun siyasi elmlər üzrə mütəxəssisi Filip Moro Defarq deyib.

Defarq bildirib ki, Türkiyədə referendumun nəticələrinə etiraz edilməsi üçün hüquqi yollar bağlanıb və etiraz aksiyaları da heç bir nəticə verməyəcək:

“O zaman çarə ya vətəndaş müharibəsinə, ya da onun (Ərdoğanın) öldürülməsinə qalır”.

Proqramda fransız politoloqun səsləndirdiyi fikirlər sosial şəbəkədə böyük reaksiyalara səbəb olub. Politoloq və "BFM Biznes" kanalını kəskin tənqid edənlər vurğulayıblar ki, efirdə cinayətə birbaşa çağırış əksini tapıb. Fransadakı türk diasporunun rəhbərliyi isə Teleradio Ali Şurasına şikayət ünvanlayıb.

Bəzi vətəndaşlar artıq politoloqa qarşı məhkəmə iddiası hazırladıqlarını bildiriblər. Onlar təklif ediblər ki, "BFM Biznes" rəhbərliyi rəsmi şəkildə üzr istəsin.

Tarix
2017.04.23 / 17:24
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Prezident İqor Babuşkini qəbul etdi

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla