Yuxarı

Beş nüvə dövləti Orta Asiyaya zəmanət verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beş nüvə dövləti Orta Asiyaya zəmanət verdi

Beş nüvə dövləti – Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa Orta Asiya ölkələrinin təhlükəsizliyini nəzərdə tutan sənədə imza atıb.

"Axar.az"ın məlumatına görə, sözügedən sənəd Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın 2009-cu ildə imzaladığı – regionda nüvə silahsızlığı müqaviləsinin məntiqi sonluğu sayılır.

Sənədin tam qüvvəyə minməsi üçün sadəcə əlavə bir müqavilənin ratifikasiyasına ehtiyac qalır.

Sənədə imza atmış Orta Asiya ölkələrinə nüvə silahı üçün nəzərdə tutulan komponentlərin hazırlanması qəti qadağan olunacaq. Bununla belə, nüvə maddələrindən dinc məqsədlərlə istifadə (alternativ enerjinin alınması) qadağan olunmur.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Qi Mun sənədin imzalanmasını rəğbətlə qarşılayıb. İmzalanma mərasində qarant ölkələrin BMT-dəki təmsilçiləri və qarşı tərəfin rəsmi nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Ukraynanın nüvə arsenalından imtina etməsi müqabilində də Rusiya, ABŞ və AB bu ölkənin təhlükəsizliyinə və ərazi bütövlüyünə qarant durmuşdu. Nəticə göz qabağındadır.

Tarix
2014.05.07 / 21:23
Müəllif
Elnur Elmanoğlu
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla