Yuxarı

Əsəd və Tramp danışacaqmış: planı kim pozub?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Mayk Pompeo 2012-ci ildə Suriyada itkin düşən amerikalı jurnalist Ostin Ticenin azad olunması üçün Suriya kəşfiyyatının rəhbəri Əli Məmlüklə alternativ kanallar vasitəsilə əlaqə yaradıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb. Qəzet bildirib ki, jurnalistin ölkəsinə qayıdacağı təqdirdə ABŞ Prezidenti Donald Tramp Suriya Prezidenti Bəşər Əsədə zəng edəcəkmiş.

Bildirilib ki, Pompeo və ABŞ-ın 2011-ci ildən bəri sanksiya tətbiq etdiyi Məmlük arasında fevral ayında telefon danışığı baş tutub. Bu danışıq Suriya və ABŞ hökumətləri arasında uzun illərdən bəri baş tutan ilk telefon söhbəti olub.

İki tərəf arasında əldə olunan razılaşmaya görə, Tice Suriya miqrasiya qanunlarını pozduğu üçün məhkəmə qarşısına çıxarılacaq, daha sonra Bəşər Əsəd tərəfindən əfv ediləcəkdi. Lakin Suriyanın aprel ayında kimyəvi silahdan istifadə etməsi və ABŞ-ın Suriya ordusunun hərbi bazasını vurmasından sonra razılaşma pozulub.

Tarix
2017.06.28 / 10:36
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla