Yuxarı

Qarabağda erməni əsgərlər döyüldülər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda erməni əsgərlər döyüldülər

Ermənistan silahlı qüvvələrinin Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissələrindən birində Qarabağdan və Ermənistandan hərbi xidmətə çağırılan hərbi qulluqçular arasında növbəti münaqişə baş verib.

Report xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı işğalçı bölmələrindən birində xidmət edən hərbi qulluqçunun anası Liana Şahramanyan adlı erməni sosial şəbəkə istifadəçisi öz feysbuk səhifəsində paylaşıb.

Məlum olub ki, Yerevan hərbi komissarlığından hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Vanand Xaçaturyan və 1996-cı il təvəllüdlü Erik Harutunyan Qarabağdan olan hərbi qulluqçular tərəfindən döyüldükdən sonra ağır vəziyyətdə hərbi hospitala yerləşdiriliblər.

Bundan əlavə, məhz Ermənistan və Qarabağ erməniləri arasındakı münaqişə zəmində Hadrutda (Xocavənd) yerləşən hərbi hissələrdən birində əslən Ermənistandan olan zabit tabeliyindəki əmrləri icra etmədiyi üçün yerli sakin, müqavilə əsasında xidmət keçən kiçik çavuşu fiziki işgəncəyə məruz qoyub.

Baş verən hadisələrin yerində araşdırılması məqsədi ilə polkovnik V.Şakaryanın rəhbərliyi ilə komissiya ön xəttə gəlib.

Tarix
2017.07.19 / 19:13
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla