Yuxarı

Breksit Britaniyanın işinə yaradı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Breksit”dən sonra funt-sterlinqin dəyərini itirməsi Birləşmiş Krallığa gələn turistlərin sayında artıma səbəb olub.

Axar.az xəbər verir ki, ötən ilin iyun ayı ilə müqayisədə bu il turistlərin sayında 7 faiz artım olub. Belə olan halda Britaniyanın turizmdən əldə etdiyi gəlirlər də 2 faiz artıb.

Artıq ölkəni daha münasib qiymətlərlə ziyarət etmək mümkündür. Mütəxəssislərin fikrincə, funt-sterlinqin dəyər itirməsi turizm gəlirlərini artırsa da, Londonda və Mançesterdə terror aktları da məhz bundan sonra törədilib.

Britaniyalıların digər ölkələrə səyahətində də 4 faizədək artım müşahidə olunub. Lakin ölkə valyutasının dəyərinin aşağı olması onlara sərf etmir. Belə ki, ötən illə müqayisədə 15 faiz daha artıq pul xərclənib.

Britaniyaya ən çox turist Şimali Amerikadan gəlir ki, bu da funt-sterlinqin dollar qarşısında kəskin dəyər itirməsinin bariz nümunəsidir.

Tarix
2017.08.20 / 15:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq

Milli Məclisin iclası başladı

Libbi Şuşaya niyə getdi? Millerdən ermənilərə cavab - Video

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla