Yuxarı

Türkiyədə PKK-ya qarşı xüsusi əməliyyat başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə PKK-ya qarşı xüsusi əməliyyat başladı

Türkiyədə hərbi polis yolu bağlayan PKK terror təşkilatı üzvlərinə qarşı əməliyyata başlayıb.

Axar.az xəbər verir ki, 2 gündür Türkiyədə PKK təşkilatı tərəfindən Karlıova-Varto yolu bağlanılıb. Etiraza səbəb həmin ərazidə yeni polis şöbələrinin açılması olub.

Nümayişçilər təhlükəsizlik qüvvələrinə daş və çubuqlarla hücum edib, əsgər və polislər isə onlara qaz bombası, təzyiqli su ilə cavab verib.

Bundan sonra hərbi polis heç bir uzaqlaşma çağırışlarına qulaq asmayan Yurdsevər Demokratik Gənclik Fəaliyyətinə üzv olan qrupa qarşı bu səhər erkən saatlarında əməliyyat başlayıb. Kəndlilərin də dəstək verdiyi münaqişəni sonlandırma və yolu açmaq üçün səhər vaxtlarından bölgədə vertolyotlarla çox sayda əsgər və xüsusi əməliyyat əməkdaşları endirilib.

Təxminən 1000 kəndli və nümayişçinin olduğu bölgədə qarşıdurma davam edir.

Tarix
2014.06.04 / 18:50
Müəllif
Elvin Mahmudov
Digər xəbərlər

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla