Yuxarı

Putinlə ABŞ adından Merkel danışıq aparacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinlə ABŞ adından Merkel danışıq aparacaq

İyunun 6-da Normandiyada müttəfiq qoşunlarının Fransa sahillərinə qoşun çıxarmasının 70 illik yubileyində Rusiya prezidenti Vladimir Putinin Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko, o cümlədən bir çox dünya liderləri ilə qeyri-rəsmi görüşü oldu.

Axar.az xəbər verir ki, Rusiya, Avropa Birliyi və ABŞ liderlərinin arasındakı görüş zamanı gərginlikdən qaçmaq mümkün olub.

Liderlər Ukraynanın şərqində qan tökülməsinin qarşısının alınması və sülhün əldə olunması istiqamətində bəyanat imzalayıblar.

Şərqi Avropa üzrə mütəxəssis, Köln universitetinin professoru Herhard Zimon bunu Putinin geri çəkilməsi kimi qiymətləndirib:

"Əgər hər şey agentliklərin təqdim etdiyi kimidirsə, onda bunu Rusiya Prezidentinin geriyə addım atması kimi dəyərləndirmək olar. Bu, vəziyyətin normallaşdırılması istiqamətində ilk addımdır".

"AB-Rusiya" araşdırma mərkəzinin eksperti Eberhard Şnayder məsələyə daha geniş kontekstdə yanaşıb.

Onun sözlərinə görə, əgər yaxın günlərdə danışıqlar baş tutacaqsa, bu ölkənin şərqində sülhün əldə olunması istiqamətində böyük uğur olacaq.

Şnayder bu istiqamətdə ən böyük rolun Almaniya kansleri Angela Merkelin üzərinə düşdüyünü bildirib:

"Mənim fikrimcə, amerikalılar Merkelin Putinlə münasibətlərdə vasitəçilik etməsini təsdiqləyir və dəstəkləyirlər. O, artıq Almaniya, Avropa Birliyi adından deyil, həm də ABŞ adından Putini təsir altına salmaq istəyir".

Şnayderin fikrincə, Merkelin diplomatik gücü Putinin onu ciddiyə alması üçün böyük şans yaradır: "Əsas rolu onların bir-biri üçün doğma olan dildə danışa bilmələridir. Putin bilir ki, Merkel ADR-də doğulub və özününküdür".

Tarix
2014.06.07 / 19:25
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla