Yuxarı

Kataloniya parlamenti İspaniyanın qərarı ilə razılaşdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya hökuməti tərəfindən istefaya göndərilən Kataloniya parlamenti bu qərarı qəbul edib və növbədənkənar seçkilərə qədər fəaliyyətini dayandırıb. Bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

Axar.az xəbər verir ki, regional parlamentin oktyabrın 31-nə təyin edilən iclası ləğv olunub.

Regionun müstəqilliyi haqqında qətnaməyə səs verən Solçu Respublikaçılar Partiyası Baş nazir Mariano Raxoyun növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin olmadığını bildirib. Buna baxmayaraq, partiya seçkilərdə iştirak etmək niyyətindədir.

Müstəqilliyin ən qatı tərəfdarlarından biri - parlamentin spikeri Karme Forkadel dekabrın 21-də keçiriləcək seçkilərə qədər rəsmən öz vəzifəsində qalacaq.

Xatırladaq ki, oktyabrın 27-də Kataloniya parlamenti müstəqilliyin elan olunması haqqında qətnaməyə səs verib. Amma sənəd nə Kataloniya parlamentinin, nə də muxtariyyət hökumətinin rəsmi bülletenində dərc olunmayıb. Qanuna əsasən, bütün sənədlər bülletendə dərc edildikdən sonra qüvvəyə minir.

Qətnamənin qəbulundan dərhal sonra İspaniya senatı Kataloniyaya qarşı ölkə Konstitusiyasının indiyə qədər istifadə olunmayan 155-ci maddəsini işə salmaq barədə qərar qəbul edib. Baş nazir Mariano Raxoy Kataloniya hökumətinin başçısı Karles Puçdemonu və hökumət üzvlərini vəzifədən kənarlaşdırıb. Həmçinin regional parlament buraxılıb və dekabrın 21-nə növbədənkənar seçkilər təyin olunub.

Tarix
2017.10.30 / 19:54
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla