Yuxarı

Qarabağlı generallar üz-üzə qoyuldu: Xocalı qatili yola salınır...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan istefaya göndərilə bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Çorrord İşxanutyun” qəzeti yayıb. Qəzet Akopyanın fəaliyyətinin artıq rəsmi İrəvanı narahat etdiyini bildirib. Onu bu vəzifədə Qarabağ separatçılarının “müdafiə naziri” Levon Mnatsakanyanın əvəz edəcəyi gözlənilir:

“Hər iki generalın bir-biriylə münasibəti çox gərgindir. Hökumət görünür, xüsusilə bu iki generalı bir-biriylə üz-üzə gətirməyə çalışır”.

Qeyd edək ki, Ermənistan mətbuatı Akopyanın istefası barədə dəfələrlə məlumat yayıb. Onun keçmiş müdafiə naziri Seyran Ohanyanla yaxınlığı hökumətdə müəyyən qədər narahatlıq yaratmışdı.

Movses Akopyan Qarabağ ermənisidir. O, 2007-2015-ci illər ərzində separatçı rejimin "müdafiə naziri" işləyib. Akopyan Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən Rusiyanın 366-cı motoatıcı alayının komandirlərindən olub.

Levon Mnatsakanyan isə Qarabağa məhz Ermənistandan 2015-ci ildə göndərilib. O, Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturovun müavini kimi çalışıb. Mnatsakanyan da Qarabağ ermənisidir.

Tarix
2017.12.08 / 14:25
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla