Yuxarı

Rusiya hücum etsə, NATO bu ölkələri qoruya bilməyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Asiyada savaş başlasa, ABŞ Çin və Rusiyaya uduzacaq.

Axar.az xəbər verir ki, bu barədə informasiya RAND analitik təşkilatının “ABŞ-ın təhlükəli dünya qarşısındakı hərbi imkanları və gücləri” hesabatında yer alıb. Hesabata əsasən, ABŞ-ın hərbi xərclərinin hər iki ölkədən çox olması bu məğlubiyyətin qarşısını almaq üçün yetərli deyil:

“ABŞ-ın düşmənlərinə qarşı üstünlük qazanmasına imkan yaradan texnologiyalar artıq Çin ordusunda da var. Bu isə onun ABŞ əməliyyatlarına daha asan müqavimət göstərməsinə imkan yaradır. Çinin bu imkanlara sahib olması ABŞ-ın bölgədəki vəziyyətini çətinləşdirir və onun təhlükəsizliklə bağlı zəmanətlər verməsinin sorğulanmasına səbəb olur”.

Təşkilat, həmçinin, ABŞ-ın Rusiya ilə Baltikyanı regionu və Ukraynada da üz-üzə gələ bilmə ehtimalının olduğunu bildirib:

“Rusiya keçmiş SSRİ ölkələri olan Batikyanı dövlətlərinə müdaxilə etsə, NATO çətinliklərlə qarşılaşacaq. Rus ordusu müasir müdafiə sistemlərinə malikdir. NATO Rusiyanın hücumu zamanı Baltikyanı ölkələri qorumaq gücündə olmayacaq.

Ukrayna ilə Rusiya arasında yaşanan düşmənçiliyin yenidən alovlanması Qara dənizdə böyük gərginliyə səbəb olacaq. Ankara Moskva ilə 15 iyul çevriliş cəhdindən sonra xeyli yaxınlaşıb və bu da onun Rusiya ilə Ukrayna arasındakı yeni hərbi böhrana necə reaksiya verəcəyini müəyyən etməyə imkan vermir”.

Tarix
2017.12.18 / 15:42
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla