Yuxarı

ABŞ əsgərlərinin məhv edildiyi tunel – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyetnamda dünya tarixinin ən gərgin partizan döyüşlərinin getdiyi və ən çox ABŞ əsgərlərinin öldürüldüyü yeraltı tunellər hazırda turistlərin böyük axınına məruz qalıb.

Axar.az xəbər verir ki, “Çu Çi” adlandırılan tunellər 8 il davam edən Vyetnam müharibəsi zamanı 10 minə qədər əsgərin partizan hərəkatında iştirakını təmin edib.

Tunellır xırda cüssəli vyetnamlıların ölçülərinə uyğun şəkildə hazırlanıb. “Çu Çi”nin bir digər özəlliyi isə axar su mənbələrinə qaçmaq üçün xüsusi yolların olmasıdır. Tikintisinə 1940-cı ildə başlanılan və uzunluğu təxminən 200 kilometrə bərabər olan tunellər yalnız 25 il sonra hazır olub. Tunellərin daxilində həmçinin 1.5 metr hündürlüyündə, 3 metr enində və 4 metr uzunluğunda otaqlar yer alıb.

Tunelləri xaricdən görə bilmək demək olar ki, imkansız olub. Girişləri yarpaqlarla örtülüb, havalandırma boruları qarışqa yuvalarının daxilində gizlədilib və içəri zəhərli qaz verilməsi halında tələfatı minimuma endirmək üçün laylara bölünüb.

Tunellərin girişlərini gizlətmək üçün çox sayda gizlin tələlər quraşdırılıb. ABŞ aviasiyasının şiddətli bombardmanlarına baxmayaraq partizanlar mübarizəni davam etdirib. ABŞ partizanlara qarşı alçaqboylu hərbçilərindən ibarət “Tunel siçanı” adlı könüllü dəstə yaratsa da, onların da əksər hissəsi məhv edilib.

Tarix
2018.01.13 / 13:56
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla