Yuxarı

Anti-müsəlman Zeman, yoxsa rus əleyhdarı Draqoş?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyada keçirilən prezident seçkilərində hazırkı prezident Miloş Zeman və Elmlər Akademiyasının sabiq sədri İrji Draqoş yanvarın 26-27-də keçiriləcək səsvermənin ikinci turunda mübarizə aparacaqlar.

Axar.az xəbər verir ki, bu barədə Çexiya Statistika İdarəsi məlumat yayıb. Seçki məntəqələrinin 82,65 faizindən daxil olan məlumatlara görə, Miloş Zeman 40,4 faiz səslə liderlik edir. Onun əsas rəqibi İrji Draqoş seçicilərin 24,8 faizinin dəstəyini qazanıb. Dövlət başçısı postuna digər 7 namizəd isə 0,5 faizdən 9,1 faizə qədər səs toplayıb.

Səsvermənin yekun nəticəsi yanvarın 16-da rəsmən elan ediləcək.

Xatırladaq ki, Miloş Zeman özünün antimüsəlman baxışları ilə tanınır. O, 2015-ci ilin miqrasiya böhranını Avropaya “təşkil olunmuş müdaxilə” hesab edir. Zemanın fikrincə, müsəlmanlar Avropa ölkələrinə inteqrasiya oluna bilməzlər. O, həmçinin dəfələrlə Rusiyaya qarşı sanksiyaların ləğv olunmasına çağırışlar edib.

Draqoş isə Avropa İttifaqı ilə əməkdaşlıq və Rusiyaya qarşı sanksiyalar tərəfdarıdır. Praqanın “Aİ-də daha fəal rol oynamasını” vacib hesab edən Draqoş Çexiyanın avronu valyuta qismində qəbul etməsini dəstəkləyir.

Qeyd edək ki, Çexiyada ümumi prezident seçkiləri ikinci dəfədir ki, keçirilir.

Tarix
2018.01.13 / 22:49
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla