Yuxarı

ABŞ-dan narazı olan ölkələrin sayı rekord həddə çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampın prezidentliyi dönəmində ABŞ-ı dünyanın lideri sayan dövlətlərin sayı rekord sayda aşağı düşüb.

Axar.az xəbər verir ki, bu nəticə “Qallup” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Şirkət keçən il ABŞ rəhbərliyindən narazı olan ölkələrin sayının 53-ə çatdığını (2016-cı ildə bu rəqəm 16 idi – red.) bildirib. “Qallup” indiyə qədər ABŞ-ın siyasətindən bu qədər narazı dövlətin olmadığını bəyan edib.

Sorğunun nəticələrinə görə, Vaşinqtondan ən çox Norveç narazıdır. Burada əhalinin 86%-i Vaşinqtonun siyasətinə qarşı çıxıb. Ondan sonrakı yerlərdə Avstriya, Kanada, İslandiya, Pakistan, İsveç, Çili, Niderland, Belçika, Finlandiya və Almaniya yer alıb.

Vaşinqtonun müttəfiqlərinin narazılığına daha çox Trampın NATO-nun yaşlanması ilə bağlı işlətdiyi ifadələr səbəb olub. Narazılıq yaradan digər ən böyük səbəblər sırasında həmçinin ABŞ-ın Paris İqlim Razılaşmasından çıxması və Qüdsü İsrailin paytaxtı kimi tanıması kimi məqamlar yer alıb.

Bununla belə, ABŞ hökumətinin fəaliyyətindən razı qalan dövlətlər də tapılıb. Onların sayı 27-didir. Bunlar sırasında ilk yeri Kosova (75%) tutub. İlk üçlükdə Albaniya (72%) və Qvineya Respublikası (71%) qərarlaşıb. Ümumiyyətlə, ABŞ siyasətindən razı olan ölkələrin ilk onluğundakı 7 yeri Afrika ölkələri tutub. İlk onluqda həmçinin İsrail də yer alıb.

Tarix
2018.01.23 / 02:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla