Yuxarı

Suriyada yenidən qətliam: 56 ölü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsədə aid hərbi birliklərin müxtəlif şəhərlərdə müxaliflərə qarşı ağır silahlarla təşkil etdiyi hücumlarda ikisi uşaq olmaqla 56 adamın öldüyü bildirilib.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya İnsan haqları Təşkilatından (SNHR) verilən açıqlamada rejim qüvvələrinin rəhbərlik əleyhdarlarının yerləşdiyi bölgələrə raket, top və döyüş təyyarələrindən təşkil etdiyi hücumlar nəticəsində Şam ətrafında 27, İdlibdə 11, Hələbdə 7, Dərədə 5, Rakkada 3, Deyruz Zorda 2 və Humusda 1 olmaqla ümumən 56 adamın öldürüldüyü bildirilib. Ölənlər arasında 14 Azad Suriya Ordusu (ÖSO) üzvü də var.

Suriya Yerli Koordinasiya Komitəsi (LCC) tərəfindən verilən açıqlamada da Əsəd qüvvələrinin paytaxt Şama müxaliflərin əlində olan Duma, Haresta, Bərzə, Yərmuq, Dareyya, Muaddamiyyə şəhərləri ətrafına və Şərqi Quta bölgəsinə ağır silahlarla hücum etdiyi bildirilib.

Silahlı müxaliflərin Şərqi Quta bölgəsində hökumət qüvvələrinin əlindəki bəzi nöqtələri ələ keçirdiyi bildirilən açıqlamada, Əsəd qüvvələrinin Kasyon Dağından müxaliflərin idarəsindəki bölgələrə top atəşi başlatdığı qeyd edilib.

Tarix
2013.11.26 / 18:18
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

BMT İrəvanın Vardanyan iddiasını rədd etdi

Putin-Tramp danışıqlarında “görünməyən” şəxs...

İrəvan tələbləri qəbul etdi: amma hər şey bitmədi…

Bakı və İrəvanın razılaşması Trampın şüarı ilə şərh edildi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla