Yuxarı

Türk nazirin cənazəsinə sahib çıxan olmadı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün qətlə yetirilən Türkiyənin keçmiş müdafiə naziri Ercan Vuralhanın qatili polisə ifadəsində cinayətin səbəblərini açıqlayıb.

Axar.az xəbər verir ki, qatil Yüksək Qarababa 2014-cü ildən bu yana mərhum nazirə 650 min dollar, 350 min lirə borc verdiyini, qətlin baş tutduğu gün nazirin ondan daha 2500 lirə istəməsindən sonra əsəbdən özünü itirərək Vuralhana bıçaqla zərbə endirdiyini bildirib.

“Hadisəni 30 saniyə sonra gördüm. Müttəhim böyük bir soyuqqanlılıqla bıçağı masanın üzərinə qoymuşdu. Əvvəlcə telefonla yoldaşına zəng etdi və halallıq istədi. Sonra bizə “40 ailənin canını yandırdı, üzülməyin” dedi. Sonra polislər gəldi, onsuz da oturub gözləyirdi, heç bir şəkildə qaçmadı. Polis yaxınlaşanda əlini qandala uzatdı və təslim oldu”, - Hadisənin şahidi İlhan Çevik deyib.

Mətbuatda yayılan xəbərlərə görə, Ercan Vuralhanın cənazəsinə sahib çıxan olmayıb. Mərhumun yaxınlarından heç biri cənazəni təhvil almaq üçün müraciət etməyib.

Tarix
2018.04.19 / 17:11
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla