Yuxarı

Almaniya: “Müstəqil kürd dövləti yarana bilməz”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Xarici İşlər naziri Frank Valter Ştaynmayer ölkəsinin Şimali İraqda müstəqil kürd dövlətinin qurulmasına qarşı olduğunu bəyan edib.

Axar.az xəbər verir ki, "Bild am Sonntaq" qəzetinə müsahibə verən Ştaynmayer yeni kürd dövlətinin bölgəyə sabitlik gətirməyəcəyini bildirib. Onun sözlərinə görə, İraqın ərazi bütövlüyü qorunmalıdır:

"Müstəqil kürd dövləti bölgədə gedən mənfi proseslərə bir az da rəvac verəcək. Və yəqin ki, İraqa qonşu olan dövlətlərlə yeni gərginliklərə səbəb olacaq. Türkiyə və Suriyada çoxlu sayda kürd yaşayır. Kürdüstan dövlətinin yaranması bu ölkələrin sabitliyinə də ciddi təsir edə bilər".

Almaniyanın baş diplomatı bölgədə vəziyyətin olduqca kritik olduğunu bildirərək, İraqın parçalanmaması üçün ölkənin bir şansının qaldığını vurğulayıb:

"Heydər Əl Abadinin başçılığı ilə hökumətin qurulması İraq dövlətinin bütövlüyü baxımından bəlkə də son şansdır. Bunun üçün də bütün regionlar dinindən, təriqətindən asılı olmayaraq birləşməlidir

Tarix
2014.08.17 / 22:48
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla