Bu, indi virtual aləmdə ən çox müzakirə olunan xəbərdir. Moskva
qəzetlərindən birinin bu yaxınlarda yaydığı informasiyaya görə,
2007-ci ildən bəri Şeremetyevo hava limanında içində 20 milyard
avro olan təyyarə saxlanılır. Lakin hava limanının mətbuat xidməti
yayılan bu xəbəri dərhal inkar etdi. Mənbələrsə bildirir ki, orada
həm təyyarə, həm də pul var və həmin pullar xüsusi depoda
saxlanılır.
Mənbəmizin verdiyi məlumata görə, Rusiyanın xüsusi təyinatlı
heyət əməkdaşı belə deyib: "Mən keçən il bu anbarda olmuşam. Orada
çoxlu sayda sukeçirməz üzlüyə bükülmüş pullarla dolu bağlamalar
gördüm. Fikir verdim ki, avrolarda nömrələr artma dərəcəsi ilə
sıralanıb. Açıq-aydın bilinirdi ki, pullar dövriyyəyə buraxılmadan,
birbaşa bankdan daxil olub. Mənim hesablamalarıma görə, o
bağlamaların hər birində 100 milyon avrodan az olmazdı. Əgər özüm
görməsəydim inanmazdım".
Ucuz malın dəyəri – cəmi 20 milyard avro
2007-ci il avqustun 7-də Şeremetyevo adi iş rejimində işləyirdi.
Köhnə "Boinq" modelli yükdaşıyan təyyarə Frankfurtdan uçaraq
müvəffəqiyyətlə yerə endi.
Qaimədə yük ucuz mal kimi qeyd olunmuşdu.
Şeremetyevo gömrük əməkdaşının dediyinə gorə, bu təyyarə
nəqliyyat terminalına gəlib. Gecə növbəsində işləyən həmkarları
söyləyirdilər ki, yükün çox dəqiqliklə yoxlanılmasının əmrini
alıblar. Bağlamalarla yüklənmiş təyyarəyə daxil olub, qutudaki
üzlüklərdən birini açanda donub qalıblar. Dediklərinı görə, daha
sonra bir az yumşaq desək, həngamə başlayıb. Onlardan bunun gizli
saxlanmılası barədə imza götürülüb. İndi də KİV-ə məlumat sızandan
sonra media ilə danışmağı kəskin şəkildə qadağan ediblər.
Bu söhbətlə tanış olan, polis general-leytenantı Aleksandr Qurov
"Komsomol"a belə deyib: "Açıq-aşkar bilinir ki, bu yükü elə-belə
saxlamayıblar. Mən bildiyimə görə, bu, təsadüf deyildi. Ya
informasiya sızdırılıb, ya da daha inandırıcısı - kəşfiyyatdan
siqnal daxil olub. Belə oxşar hadisələr aviadaşıyıcılığın
təcrübəsində daha öncə də rast gəlinib. Lakin boynuma alıram ki,
ilk dəfədir belə böyük məbləğdən söhbət gedir və bu adamı heyrətə
gətirir.
Mən eşitmişəm ki, bu bizim xarici kəşfiyyat xidmətinin yüksək
səviyyəli işinin nəticəsidir. SVR-in fəaliyyətdə olan əməkdaşı
adının çəkilməsini istəməyərək Qurovun dediyi variantı təsdiq
elədi. Bizim əməkdaşlar o pulların hərəkətini izləyirdilər. Lakin
daha ətraflı məlumat yoxdur, çünki görünür, əməliyyat hələ başa
çatmayıb.
ZİN, pullar kimindir?
Daxil olan pulları götürmək üçün heç kim gəlmədi.
Bizim mənbəyə görə, çox güman ki, həmin şəxsi xəbərdar ediblər
ki, ora getməsin - tələ var.
Deyəsən hələ ki, hər şey sakitləşənə qədər məxfilik qərara
alınıb. Lakin bu "hələ ki" 6 ilə qədər uzanıb.
"Mənim fikrimcə, bu, astara görə baş tutmayan hər hansı kələklə
əlaqədardı. Bu heç də siyasi yox, sırf iqtisadi hadisədi", - keçmiş
kəşfiyyatçı, indi isə yazıçı olan Mixail Lyubimov belə
fikirləşir.
Aleksand Qurov belə deyir: "Lakin kriminal üçün bu çox böyük,
sadəcə, astronomik məbləğdir və dəqiqdir ki, bu "oğru obşakı"nın
deyil. Güman ki, bu hər hansı siyasi liderə və ya varlı şeyxə
məxsusdur. Düşünürəm ki, Sahibi bu pulları strateji, ola bilər ki,
siyasi məqsədlə sərf etmək istəyirmiş.
İranın pulları?
FAB-in tanış əməkdaşlarından biri söyləyir ki, variantlardan
birinə görə, milyardların sahibi mərhum Səddam Hüseyn olub.
Digərinə görə isə,- biz də daha çox buna inanırıq,- bu, mərhum
Liviya lideri Muammer Qəzzafinin pullarıdır. Hər iki diktator
inanılmaz sərvətə sahib idi və hər ikisinin pullarını da eyni
zamanda Amerika kəşfiyyatı daxil olmaqla güdürdülər. Belə çıxır ki,
ruslar 20 milyard avronu tutub saxlayaraq amerikalıların yolunu
kəsiblər.
Üçüncü varianta görə, bu pullar İranın hansısa böyük qanunsuz
bir işi həyata keçirmək üçün lazım olan qara pullarıdır. Bunu
deməyə iki fakt əsas verir - bu işlə bir neçə İran vətəndaşı
əlaqədardır və məhz bu dövlət iş birliyini nəğd pulları ilə etməyə
üstünlük verir, sıfırların miqdarına baxmayaraq.
"Silahlı baron" variantı
Mütəxəssislər valyutanın daşınmasını məşhur qalmaqallı "Silahlı
baron" -Viktor Butun həyata keçirə biləcəyi variantını da gözdən
keçirirlər.
Amerika məhkəməsi tərəfindən məhkum olunan bu milyonerin
müxtəlif ölkələrdə şəxsi aviakampaniyaları var və şəxsi sima və ya
dövlət üçün hərbi təyyarə ilə silah və pulların köçürülməsini
həyata keçirirdi. Amerikan araşdırmaçıları onun Qəzzafi hökuməti
ilə sıx əlaqələrinin olmasını aşkar edtiklətini bildirib.
Aleksandr Qurov düşünür: "Maraqlı, lakin sürüşkən variantdır.
Əgər daşınma ilə But məşğul olsaydı, o zaman gömrük baxışı kimi
cüzi şeylərdə ozünü ələ verməzdi. Belə işlərdə o, usta hesab
olunurdu". Bizim digər qüvvətli strukturlarımızın tədqiqatçısı
təxmin edir ki, variant kimi But iki cəbhədə çıxış edə bilərdi.
Sifarişi yerinə yetirməkdən imtina etmədən eyni zamanda məlumatı
bizim xüsusi təyinatlılara verə bilərdi. Viktor çoxdan Rusiya
kəşfiyyatı ilə əməkdaşlıq edirdi. Təsadüfi deyil ki, bizim
həmkarlar onu türmədən çıxarmağa çalışır.
Maraqlıdır ki, indi Amerikanın xüsusi təyinatlı nümayəndələri
Şeremetyevoya müraciət ediblər.
- Bəli, bizə artıq Amerikadan zəng edib bu sualla maraqlanıblar.
Biz həm onlara, həm də hamıya cavab veririk ki, nə pul, nə də
təyyarə bizim aeroportda yoxdur! - Şeremetyevo aeroportunun ictimai
əlaqələr mərkəzinin rəisi Anna Zaxarenkova təkrar edir.
Sirli Motlaq və Berezovski
Yəqin ki, uçub gəlmiş "yaşıl pullar" haqda tarixə işığı İran
vətəndaşı olan Farzin Koorian Motlaq saçmışdı.
- Mən bu yükün qaiməsini görmüşəm, orda bu insanın adı çəkilir.
Lakin Motlaq pulun sahibi deyil, onları əldə edəndir. Bütün bu
hadisələrdən noyabr ayında xəbərdar olmuşam. O da müəyyən statusa
malik insanların o milyardları xilas etməsi üçün müraciətindən
sonra - 20 milyardlıq işlə məşğul olmağa hazırlaşan moskvalı
beynəlxalq vəkil "Komsomol"a bildirmişdi.
Əvvəlcə mən inanmadım ki, bu pullar ümumiyyətlə mövcuddur. Lakin
sonra mənə sübut təqdim etdilər. Frankfurtda "Doyce Bank"dan nəğd
əldə olunub. Motlaq öz vəkili vasitəsilə bu problemin həll olunması
üçün məbləğdən bir neçə faiz verməyə hazır olduğunu bildirib. Amma
bu sirli iranlı barəsində mənim bir neçə sualım meydana çıxdı.
Onunla görüşü təşkil etmək heç cür mümkün olmadı, baxmayaraq ki,
mən buna görə istənilən ölkəyə uçmağa hazır olduğumu bildirmişdim.
Eləcə də yükün sahibinin adını deyə bilmədilər. Və bizim mümkün iş
üçün danışıqlarımız baş tutmadı. Bizim iqtisadçı ekspert söyləyir
ki, çox güman, bu milyardlar əvvəl hansısa hökumət adamına məxsus
olub, lakin sonra onları Berezovski səviyyəsində fırıldaqçılar ələ
keçiriblər.
20 milyard avro buraxan alman bankı ilə bağlı hadisə - maaliyyə
fırıldaqçılığının sonuncu mərhələsidir. Ardınca pulların
nəğdləşdirilməsi və Moskvaya ötürülməsi gəldi. Təbii ki, miqyasına
və məbləğinə görə belə böyük fırıldaqçılıq yalnız dahi Berezovski
səviyyəsində ola bilərdi.
Motlaqın feysbuk səhifəsində bildirilir ki, o, Tehranda yaşayır,
fars və ingilis dillərini bilir. Şəkildən etibarlı vətəndaş təsiri
bağışlayır.
Lakin mətbuatda gedən məlumatda bildirilirdi ki, hansısa Motlaq
Mərkəzi OAE bankından 14 milyardın oğurlanmasında cəlb olunmuşdu.
20 milyard avroya iddia edən həmin Motlaqdanmı söhbət gedir, bu,
dəqiq aydın deyil.
Bəs əgər Motlaqın sənədlərindən fırıldaqçılar istifadə
ediblərsə?
Əgər bu real insandırsa, onda o, həqiqətən yeni Berezovski adına
layiq görülə bilər. Və onda belə bir sual yaranır: O bu pulları
oğurlamayaraq, öz şəxsi maraqları və ya üçüncü qüvvənin maraqları
üzrə hərəkət edibmi? Ümumiyyətlə, bu məhsullar öncədən Moskvayamı
istiqamətlənmişdi? Çoxlu sayda suallar və qara ləkələr var.
20 milyardın yeni namizədi
Yalnız bu ildə unudulmuş milyardlar barəsində hansısa söhbətlər
getməyə başladı. Birdən indi itirilmiş yükü əldə etməyə haqqı
olduğunu sübut etməyə çalışan moskvalı Aleksandr Şipilov meydana
çıxdı.
O, Farzin Motlaq tərəfindən "Yaxşı insanlar dünyası" adlı
naməlum Ukrayna xeyriyyəçilik fonduna 20 milyardın ianə kimi
verilməsi haqqında müqaviləni, eyni zamanda Şeremetyevoda pul
yükünü əldə etmək üçün fondun idarə edilməsinə dair Şipilovun adına
verilmiş etibarnamə, həmçinin vəsaitin saxlanmasının öz üzərinə
köçürülməsi barədə sənədi aeroporta təqdim etdi. Lakin pulun fonda
ianə kimi verilməsi haqqında müqavilə 2013-cü ilin 17 martında
imzalandı. Bu da Aleksandrın şəxsiyyəti kimi şübhəli fikirlərin
yaranmasına gətirib çıxardır.
DİN əməliyyatçılarının sözlərinə görə, Aleksandr Şipilov 1960-cı
ildə Daşkənddə anadan olub. O, neftin satılması və maaliyyə
investisiyları işində şübhəli bilinirdi. Şipilov operativ
əməliyyatın içindədir və valyuta kreditləri ilə bağlı borcları var.
Bir neçə bankın qara siyahısında adı keçir. Lakin buna baxmayaraq,
Ukrayna fondu 20 milyardın alınmasını ona əmanət etməyə çəkinmir.
Qəribədir.
Ekspert Qurov deyir ki, adətən, belə pulların yuyulması
xeyriyyəçilik fondlarının yaranıması adı altında gedir. Bu, artıq
müəyyənləşmiş sxemdir.
İndiki halda o milyardalara olan iddiaçılar çox güman ki,
pulları götürmək üçün bütün mümkün olan cəhdləri həyata keçirməyə
çalışacaqlar. Ola bilər ki, qızıl bağlamaları əldə etmək üçün
əlaqələri və rüşvəti işə salmağa çalışsınlar. Yeri gəlmişkən,
meydana çıxan Ukrayna fondu fırıldaqçılıq əməliyyatının olduğunu
düşünməyə vadar edir. Lakin Qurovun fikrincə, kapital əldə etməyə
çalışanlar heç nə əldə edə bilməyəcək.
Bəs nəyi uzadırlar?
Aleksandr Qurov deyir ki, avroyla bağlı bağlamalara iddia edən
hər bir kəs heç nə əldə edə bilməyəcək, onların hamısını
yoxlayacaqlar, amma əgər pulların sahibi meydana çıxacaqsa, onda o
qaçaqmalçılıqda ittiham olunacaq və problemdən başqa heç nə
görməyəcək. Mən belə fikirləşirəm ki, bu milyardların yeri
məlumdur. Onlar Rusiya xəzinəsində olmalıdır. Qanuna görə, 3 ildən
sonra yükün sahibi üzə çıxmırsa, o zaman bu yük tapılan ölkənin
ərazisindəki dövlətin xəzinəsinə keçir. Amma onu qaçaqmalçılıq kimi
tanısalar...
Bəs niyə Rusiya nümayəndələri bunun tanınmasını uzadırlar?
"Bizim xüsusi təyinatlılarımız iki səbəbdən bunu uzada bilərlər.
Birincisi mümkün fırıldaqçıları araşdırmaq üçün, ikincisi isə
hüquqi cəhətdən müddəti gözləmək üçün. Birdən yükün sahibinin
varisləri meydana çıxar və bildirərlər ki, onların bu qədər vaxt
üzə çıxmaması üçün obyektiv səbəbləri vardı. Əgər istək varsa,
hüquqi boşluqlar həmişə tapmaq olar", - hüquqşünas Serqey Losev
bunları deyir.
Sözsüz ki, hökumətin bu işdə marağı varsa, bunu şəxsi sima kimi
vermək çox çətindir. Amma əgər sahibin varisləri sübut etsələr ki,
bu onların qohumlarının kapitalıdır və fırıldaqçılıq üsulu ilə ələ
keçirilib, eyni zamanda valyutanın daşınmasında Rusiya qanunu
pozubsa, o zaman nəzəri münaqişə mümkündür.
20 milyard avro Rusiya üçün… bu:
Təhsil, JKX, mədəniyyət və idman ilə birgə illik xərcləri;
Soçidəki Olimpiadanın 60 faizlik xərcləri;
Moskva Kazan istiqamətində bir sürətli dəmiryolu magistralı;
Moskva–Sankt Peterburq arası iki sürətli avtomagistıralı;
Rus adasına 25 körpünün salınması;
"Bolşoy teatr"da 40 rekonstruksiya işləri;
"Zenit"ə 500 futbolçunun transferi;
Roman Abromoviç və Alişer Usmanovun ümumi büdcəsi;
Diktatorların sərvətinə nə oldu?
"Kolçakın qızılı" - Admiral Kolçakın nəzarəti altında yerləşən
Rusiya imperiyasının qızıl ehtiyyatının bir hissəsi 1919-cu ildə
itdi və sanki buxarlandı - söhbət 180 ton qızıldan gedir.
Tədqiqatçıların fikrincə, bu xəzinənin böyük hissəsi Yaponiya
banklarında saxlanılır. Faizləri də nəzərə alsaq, astronomik məbləğ
alınır.
Üçüncü Reyxin qızılı 1945-ci il yanvarın 31-də Faşist
almaniyasının 27 vaqondan ibarət qiymətli bağlamaları ilə heyət
Berlindən yola çıxdı. Bu yük ən sadə qiymətlə 500 milyard rubla
ekvivalentdir. Qızılın yarı hissəsi indiyə kimi gizli yerlərdə
saxlanılır. Bu gizli yerlərdən birinə təsadüfən Bad-Auszeedə
turistlər rast gəlib. Meşədəki sadə görünən ev kərpic yerinə
qızıldan olub.
Reyxin möhürü olan qızıl külçələri Peruda məşhur yazıçı Yulian
Semyonov əlində tutmuşdu. Bu o deməkdir ki, xəzinənin bir hissəsi
Latın Amerikasına düşüb.
Çilinin eks-diktatoru Avqusto Pinoçet Honkonqda gizli hesablarda
9 tondan ağır olan qızıl gizlətmişdi. Həmçinin onun devrilməsindən
sonra Pinoçetin ABŞ-ın banklarından birində 26 milyon dollarıq
məbləği aşkarlanıb.
İqtisadçıların şərhləri
"Financial Consulting Group"un ortağı Vladimir Lupenko deyir ki,
əgər bu versiyanı təhlil etsək ki, bu pulları Qəzzafi qızıl
ehtiyyatlarını satdıqdan sonra əldə edib, o zaman gəlin,
hesablayaq: 2007-ci ildə bir qızıl unsiyasının orta dəyəri 695,39
dollar idi. 2007-ci ilə görə avronun dollara orta nisbəti 1,3415
dəyərindəydi. 20 milyard avronu əldə etmək üçün 1200 tondan çox
qızıl "xırdalamaq" lazım idi. Texniki cəhətdən bu, ciddi endirimlə
bir neçə mərhələdən sonra mümkündür. Belə satışı ABŞ-ın
sanksiyalarını ustalıqla "nəzərdən qaçıran" maaliyyə kompaniyaları
ilə məşhur olan Şərqi Avropada yerləşən bank vasitəsilə nəzəri
cəhətdən təşkil etmək mümkün idi. Vaxtilə buna bənzər əməliyyatı
İran qazını qızılla satın almaq üçün Türkiyə etmək məcburiyyətində
qalmışdı.
"Lakin bu, çox çətin yol idi", - İFK "Solid"in İnvestisiyaların
idarə şöbəsinin rəisi Mixail Korolyuk əlavə edir. Pulları sərhəddən
keçirmək üçün çoxlu sayda sadə üsullar var. Və bunun üçün heç kim
nəğd puldan istifadə etməyib. Xüsusən də belə böyük məbləğdən
söhbət gedirsə.
Birincisi, dəniz vasitəsilə işləmək olardı. İndi onlara qarşı
təzyiqlər başlasa da, o zaman onlar çox sakit işləyirdilər və
tamamilə məxfiliyi təmin edirdilər. Məsələn, çoxları Kiprdən pul
keçirdir. Bu pullara burda Rus kompaniyalarının aksiyaları alınır,
sonra dərhal satıb nəğd pul götürürlər.
İkincisi, 20 milyard avroluq büdcəni bir çantada yaşıl dəhliz
vasitəsilə sərhəddən keçirmək mümkündür. Mən investisiya
brilyantlarını nəzərdə tuturam. Onlar hava limanında cingilti
salmırlar və onları dünyanın hər yerində satmaq mümkündür.
Bu, birjası ilə, böyük tələbləri və təklifləri olan böyük
bazardı. Faktiki olaraq bu sərvətin yüksək təmərküzünü verir və heç
bir təyyarə sifarişinə ehtiyac qalmır.
Ərimin ətrafında qəribə insanlar dolaşır
Biz Aleksandr Şipilovun keçmiş həyat yoldaşı Fanudə Şipilovaya
zəng elədik.
Fanudə deyir: – Aleksandrdan oğlum var. Lakin 2006-cı ildən bəri
atası bizə baş çəkmir və alimenti də ödəmir. Əvvəl Saşa normal işçi
idi. Lakin sonra hansısa qəribə kompaniya ilə əlaqəyə girdi və
uzunmuddətli yoxolmalara başladı. Mənim yanıma onun borclu olduğu
adamlar, kollektorlar və eyni zamanda hansısa banditlər gəlməyə
başladı. Bizdə pul axtarırdılar. Sən demə, Saşa çoxlu kredit
götürüb və borca giribmiş. O bu mənzilə qeydiyyatda olduğuna görə
onu tez-tez burda axtarırlar. Lakin çoxdandır o bura gəlmir. Çox
şükür ki, biz ayrılmışıq. Məhkəməyə görə, mənə beş milyon rubl
aliment borcludur, amma ödəmir. Ola bilər ki, sadəcə, pulu yoxdur.
O, evin əsas etibarnaməsini hansısa şübhəli şəxslərə verib və onlar
bizim evi satiblar. Beləcə, mən çox çətinlikə yenidən iddia edib,
məhkəmə yolu ilə evi geri qazandım. Mən Aleksandrı sonuncu dəfə
2006-cı ildə görəndə o, əməlli-başlı əzişdirilmişdi. Danışırdı ki,
cinayətkarlar onu kiminsə evində saxlıyırmışlar. Mənə məlumat çatıb
ki, Aleksandr böyük pullar üçün ya ukraynalılarla, ya da başqa
biriləriylə fırıldaqçılıqla məşğuldur. Lakin mən buna inanmıram.
Əminəm ki, o, heç nədə günahkar deyil, onu pis əməllərə məcbur
edirlər.
"KP"nın əməliyyatı – Şeremetyevodakı 20 milyard avroluq təyyarə
- əslində filmin reklamı idi.
Günlərdən birində moskvalıları bir sensasiyalı xəbər
həyəcanlandırdı. Paytaxt qəzetlərinin birinin ehtimalına görə, 6
ildir Şeremetyevoda pullarla dolu hansısa təyyarə qalıb. 20 milyard
avro!!! Sensasiyanı üzə çıxaran jurnalistin sözlərinə görə nə
vaxtsa ABŞ İrandan neft almışdı. O qədər çox ki, amerikalılar Yaxın
Şərqə nəğd pulun daşınmasında özlərini yormayıb Tehrana çap dəzgahı
gətizdirib başında Federal rezerv sisteminin iki zabitini qoymaqla
6 trln. dollar çap elədilər. 1992-ci ildə amerikalılarla iranlarlın
arası dəydi. ABŞ bu vərəqləri ləğv elədi. Uzun danışıqlardan sonra
avropalıların da cəlb olunması sayəsində ABŞ bu dollarları avroya
dəyişərək leqallaşdırmağa icazə verdilər. Bu iş Almaniyada
reallaşdırıldı. Lakin alman orqanları iranlılardan 24 saat ərzində
pulları ölkə ərazisindən çıxarmağı tələb etdilər.
Şeremetyevoda 20 milyard avroluq təyyarə haqqında
əfsanə
Xatırladaq ki, KİV-in məlumatına görə, 20 milyard avroluq
təyyarə Rusiyaya 2007-ci ilin avqustunda çatıb. İstintaqın birinci
hissəsində biz qərara gəldik ki, bu, sadəcə uydurmadır.
Bəs uydurmanın yaradıcısı kimdir? Jurnalistlərdən başqa belə
möhtəşəm uydurmanın yayılması kimə maraqlıdır? Biz variantlardan
birini danışdıq və bəlkə də bu, hansısa bir triller kitabın və ya
"kinoboevik"in dolayı reklamıdır ki, bu yaxınlarda kirayəyə çıxa və
ya kitab rəflərində görünə bilər.
Bəs digər variantlar hansılardır? Bunu isə zaman göstərəcək.