Yuxarı

Hər səhər yataqdan qalxmağa özünü necə vadar etməli?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hər səhər yataqdan qalxmağa özünü necə vadar etməli?

Roma imperatoru gündəlik planlaşdırılmış işlərinə başlamaq üçün hər gün öz-özü ilə dialoq qururmuş.

Roma imperatoru Mark Avreli "Düşüncələr" kitabında sübh çağı kral çarpayısında özü ilə apardığı daxili dialoqlarını təsvir edir. Burada bir fikrə xüsusi diqqət yetirilir. Hakimiyyətin ən güclüsü – öz emosiyların üzərində hökmranlıqdır.

Hər dəfə zəngli saatın əqrəblərini daha on dəqiqə əvvələ çəkmək istəyəndə Mark Avrelinin sözlərini xatırlayın: "Sübh tezdən yataqdan qalxmaq çətin olanda özünüzə deyin: "Mən bir insani varlıq olaraq işə getməliyəm". Uğrunda doğulduğum işi görməliyəmsə, niyə şikayətlənirəm. Yoxsa mən bunun üçün bu dünyaya gəlmişəm? Yorğanın altında xumarlanmaq üçünmü?"

- Axı bu yaxşıdır...

- Yəni siz özünüzü "yaxşı" hiss etmək üçün doğulmusunuz? Nə isə bir iş görrmək əvəzinə? Məgər siz görmürsünüz ki, bitkilər, quşlar, qarışqalar, hörümçəklər, arılar bütün günü vurnuxurlar və dünyada bir nizam yaratmaq istəyirlər. Siz isə bir insan kimi öhdənizə düşəni etmək istəmirsiniz? Nə üçün təbiətin sizə bəxş etdiyi imkanlarınızdan istifadə etməyəsiniz?

- Ancaq biz hərdən yatmalıyıq da...

- Razıyam. Ancaq təbiət yemək-içmək kimi buna da bir hədd qoyub. Siz isə limiti aşırsınız. Sizdə hər şey lazım olduğundan artıqdır, ancaq iş planında hələ ki, geridə qalırsınız. Özünüzü çox istəmirsiniz? Gördüyü işi sevən insanlar hətta yemək-içməyi də unudurlar.

Mark Avreli 161-ci ildən 180-ci ilədək hakimiyyətdə olub və ömrünün son on ilində "Düşüncələr"i qələmə alıb. Yeni araşdırmalara görə, Mark Avrelinin "öz-özü ilə danışmaq" metodu, xüsusilə də, "sən", "siz" əvəzliklərindən istifadə etməsi effektli strategiya hesab olunur. Tədqiqatçılar güman edirlər ki, bu, insana başqalarının dəstəyini xatırladır, xüsusilə də uşaq yaşlarında... Ona görə də günə başlayanda Mark Avrelinin sizlərə ünvnlanmış tövsiyələrini yada salın. Ümidvarıq ki, karınıza gələr.

Tarix
2014.08.26 / 08:00
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla