Yuxarı

Çində böyük problem: subay kişilərin sayı 30 milyon olur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gender bərabərsizliyi Çin üçün böyük problemə çevrilib. Çinli kişilər evlənməkdə çətinlik çəkirlər.

Axar.az xəbər verir ki, Çində kişilərlə qadınların sayı arasındakı fərq milyonlarla hesablanır. Bu, 2015-ci ildə dayandırılan “tək uşaq siyasətinin” nəticəsidir. Aradakı kəmiyyət fərqinin getdikcə artacağı proqnozlaşdırılır.

Mütəxəssislərin hesablamalarına əsasən, 2020-ci ildə Çindəki subay kişilərin sayı 30 milyonu keçəcək. Bundan başqa, sosioloqlar 2030-cu ilədək 30 yaşlı çinli kişilərin dörddə birinin subay qalacağını qeyd ediblər. Bildirilir ki, hazırda çinli kişilər arasında evlənmək üçün sanki yarış mövcuddur. Məsələn, ölkənin cənubundakı Quançjou şəhərində yaşayan bir kompüter proqramçısının sevdiyi qızın evlilik təklifini qəbul etməsi üçün 99 Ayfon aldığı deyilir. Lakin o, rədd cavabı alıb. Çinli subaylar üçün Yeni İl bayramı həmişə əlverişli məqam kimi dəyərləndirilib. Yanvarın sonu başlayıb fevralın ortasınadək davam edən festivallar ərəfəsində bir çoxları qohum və dostlarının evlərinə baş çəkir. Bu da subayların tanışlıq şanslarını artırır. Bundan başqa, Çində internet tanışlığı getdikcə daha geniş yayılır.

Bəzi kişilər isə evliliklə bağlı üzləşdikləri problem səbəbindən psixoloqlara və ya stilistlərə müraciət edirlər. Tələbkar valideynlərin suallarından yaxa qurtarmaq üçün bəzi kişilər saxta sevgililər kirayələyirlər.

Çinin ucqar ərazilərində vəziyyət daha çətindir. Belə ki, kişi maddi baxımdan ailəsini təmin edəcək vəziyyətdə olmalıdır ki, evlənə bilsin.

Tarix
2018.06.24 / 02:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla