Yuxarı

Yanukoviç Aİ-na yeni şərtlərini açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanukoviç Aİ-na yeni şərtlərini açıqladı

Ukrayna Prezidenti Viktor Yanukoviç Avropa İttifaqı (Aİ) ilə assosiasiyalar haqında sazişin şərtlərini açıqlayıb:

BVF ilə əməkdaşlığın bərpa edilməsi, Aİ tərəfindən tətbiq edilən ticarət məhdudiyyətlərinə yenidən baxılması, Avropanın Ukraynanın qaz nəqliyyat sisteminin (QNS) modernləşdirilməsində iştirakı, Ukrayna ilə Rusiya və Gömrük İttifaqı ölkələri arasında iqtisadi əməkdaşlıqda ziddiyyətlərin aradan qaldırılması. bu barədə RİA Novosti xəbər verir.

Yanukoviç cümə günü sammitin plenar iclasında çıxışı zamanı bəyan edib ki, Ukrayna və Aİ Kiyevə iqtisadi yardım proqramını işləyib hazırlamalıdırlar. Bu proqram Ukrayna hökumətinə Aİ ilə assosiasiyalar haqqında sazişin imzalanmasına hazırlığı həyata keçirməyə imkan verəcək.

Yanukoviçin fikrincə, bu proqrama daxil edilə biləcək addımların siyahısı belədir: Avropa İttifaqının sektorlar üzrə büdcə dəstəyi proqramlarının blokdan çıxarılması, makromaliyyə yardımı resurslarının ayrılması, beynəlxalq maliyyə institutları tərəfindən təsirli dəstəyin göstərilməsi. Вu kontekstdə Ukrayna tez bir zamanda BVF və DB ilə əlverişli şərtlərlə səmərəli qarşılıqlı fəaliyyətin bərpasında maraqlıdır.

Prezident, həmçinin Aİ tərəfindən Ukraynanın ixracının ayrı-ayrı mövqelərinə dair ticarət məhdudiyyətlərinə yenidən baxılmasını zəruri hesab edib ( Trend ).

Tarix
2013.11.29 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla