Yuxarı

Avropa Rusiyada eston agentin azad olunmasını tələb etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Rusiyada eston agentin azad olunmasını tələb etdi

Avropa Birliyi Rusiya xüsusi təyinatlılarının Estoniya təhlükəsizlik polisinin əməkdaşı Eston Koxveri saxlanmasını insan oğurluğu və qaçırılması hesab edir və Rusiyadan onu dərhal sərbəst buraxmağı tələb edir.

Axar.az RİA Noovosti-yə istinadən xəbər verir ki, Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eşton sentyabrın 5-də eston polisinin əməkdaşı Eston Koxverin Estoniyanın Rusiya sərhədi yaxınlığında Rusiya xüsusi təyinatlıları tərəfindən oğurlanmasından çox narahat olduqlarını dilə gətirib. "Rusiya Federasiyasının bu kimi hərəkətləri sərhədlərin toxunulmazlığına dair beynəlxalq hüquq və prinsiplərə ziddir", - Eştonn deyib.

Ali nümayəndə qeyd edib ki, AB nümayəndə heyəti Moskvada Rusiya hökuməti ilə əlaqə saxlayıb və bu məsələnin dərhal həllini tələb edib:

"Biz cənab Koxverin dərhal azad edilməsini və təhlükəsiz şəkildə Estoniyaya qaytarılmasını tələb edirik".

Xatırladaq ki, Rusiya FTX ictimai əlaqələr mərkəzi sentyabrın 5-də xəbər təhlükəsizlik polisinin əməkdaşı Eston Koxverin Pskov vilayəti ərazisində saxlanıldığını bildirmişdi. Bu zaman onun üzərində qeydləri gizlətmək üçün xüsusi texnika, "Taurus" tapançası və beş min avro aşkar edilmişdi.

Rusiya xüsusi xidmət orqanlarının rəyinə görə, Estoniya DİN təhlükəsizlik polisi departamentinin agentura əməliyyatının qarşısı alınıb. Moskvanın Lefortovo məhkəməsi sentyabrın 6-da Koxverə qarşı iki aylıq həbs qərarı çıxarıb. Sentyabrın 11-də isə Rusiyada aparıılan istintaq-təhqiqat işləri nəticəsində Koxver casusluqda ittiham edilib.

Eston tərəfinin versiyasına görə, Koxver cümə günü səhər Estoniya ərazisində Pskov vilayəti ilə sərhəddə yerləşən Luxama sərhəd məntəqəsinin yaxınlığında naməlum şəxslər tərəfindən oğurlanıb və silahla zor tətbiq edilərək Rusiyaya gətirilib. Estoniya təhlükəsizlik polisi əmin edir ki, onun əməkdaşı transərhəd cinayətinin qarşısını almaq üzrə xidməti vəzifəsini yerinə yetirirmiş.

Tarix
2014.09.12 / 19:52
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla