Yuxarı

Obama İŞİD-ə savaş açmaqla Konstitusiyanı pozub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Obama İŞİD-ə savaş açmaqla Konstitusiyanı pozub

"Obama sələfi Buşdan daha imperial təkəbbürə malikdir".

Axar.az xəbər verir ki, amerikalı hüquqşünas, professor Brus Akerman "Nyu York Tayms" qəzetində Obamanın Konstitusiyanı pozduğu iddiası ilə çıxış edib. Müəllif Obamanın İŞİD-ə qarşı müharibə elan etmək üçün Konqresin heç bir razılığını almadığını deyib. Həmin məqaləni təqdim edirik:

"Corc Buş Əfqanıstan və İraqa hücum üçün Konqresin razılığını almışdı. Obama isə İŞİD-ə qarşı savaş aparmaq üçün heç bir razılıq almayıb. İddialara görə, Obamanın Konqresdən razılıq istəməməsi 11 sentyabr 2001-ci il hücumu ilə əlaqəlidir. Konqres həmin hücumdan sonra Əl-Qaidəyə qarşı mübarizə aparmağa razılıq verib və İŞİD-ə qarşı əməliyyatlara başlamaq üçün yenidən təsdiqə ehtiyac yoxdur. Obama sələfi Buşdan daha imperial təkəbbürə malikdir.

Lakin 2001-ci ildəki razılıq indiki dövrdə qüvvədə ola bilməz. O qərar yalnız 11 Sentyabr hücumunu hazırlayıb-dəstəkləmiş dövlətlərə və təşkilatlara aid olub. Obama hökumətinin İŞİD-in Əl-Qaidə ilə əlaqələrinin olması iddiası da bu hücumların razılıqsız həyata keçirilməsinə imkan vermir. İŞİD-in Əl-Qaidə ilə əlaqəsi yoxdur, əksinə, rəqabət şəraitindədilər.

1973-cü ildə qəbul edilən yeni qanuna görə, ABŞ prezidenti müharibənin başladığı 60 gün ərzində Konqresdən razılıq almalıdır. Əgər əməliyyatlar uğurlu olmazsa, 30 gün ərzində qoşunlar geri çəkilməlidir. ABŞ hökuməti 8 avqustda İŞİD-ə qarşı əməliyyatların başladığını açıqlayıb və qanuna görə, Konqresdən razılıq alma müddəti 7 oktyabrda sona çatır. Lakin Obama və digər rəsmilər çıxışlarında bu qanundan söz belə etməyiblər. Belə bir addım atan Obama Buş dövründəki sui-istifadələrə son verməklə bağlı sözünü tutmamış olacaq. Bundan əlavə, Obama ABŞ Konstitusiyanı da pozacaq".

Tarix
2014.09.16 / 19:39
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla