Yuxarı

Şok müzakirə: Hazırkı prezident Putindir, yoxsa oxşarı? - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Kremldə oturan şəxs Putindirmi?

Axar.az xəbər verir ki, məhz bu sual dörd ildir dünya analitiklərinin gündəmində olan əsas məsələlərdəndir.

Belə ki, 2010-cu ildə Kreml rəhbərinin əməliyyat etdirməsi xəbəri dünyanı bürüyür. Əməliyyat uğurla başa çatsa da, onun ətrafında yaranmış söz-söhbətin dalğası daha da genişlənir. Tezliklə xarici mətbuatdan tutmuş yerli informasiya portallarına qədər, hər bir kəsin beynində yalnız bir sual səslənir: Putinin üzünə nə olub?

Bu məqamda Böyük Britaniyanın "Deyli Meyl" qəzeti Putinin şəkillərini müqayisə edir və fərq aydın şəkildə hiss olunur. Yazı müəllifi məqalənin sonunda belə bir iddia ilə çıxış edir: "Putin ya cərrahi əməliyyat etdirib, ya da çox yatdığına görə belə pis görünür".

Məhz bundan sonra Putin "Mister Botoks" adlandırılmağa başlanıldı. Martın 4-də onun yenidən Kremlə rəhbər gəlməsindən sonra internetdə "Putinin botoksu axır" deyə şərhlər yayımlanmağa başlandı.

"Putin" o Putin deyil

Putinin plastik əməliyyat etdirməsi ilə bağlı iddialar hələ də qaranlıq qalır. Maraqlı məqam burasındadır ki, belə əməliyyatlardan sonra tikişlərin yerini tutması bir neçə həftə çəkir. Və ortaya daha bir maraqlı sual çıxır. Bəs o zaman Putin harada olub? Ekspertlər bu suala belə cavab verirlər ki, ya o, mütəmadi olaraq plastik əməliyyat etdirib, ya da Putinin oxşarı mövcuddur. İkinci iddia isə daha çox reallığa yaxındır.

Ən maraqlı hadisə isə 2012-ci ildə baş verir. Bu zaman rus informasiya agentlikləri skandal məqalə dərc etdirirlər. Məqalənin başlığı isə hər şeydən xəbər vermiş olur: "Putinin dördü də inaqurasiyaya gedəcək?!"

Keçmiş KQB polkovnikini dəyişdiriblər

Daha sonra isə internetdə Putinin üzündəki açıq-aydın fərqlilik - üz skeleti, gözlərinin rəngi, baxışı, qaşları və s. debata səbəb olur. Məsələn, gəncliyində Putinin dodaqları dolğun idi, lakin indiki şəkillərdəki dodağı nazikdir. Bütün bunlara yalnız cərrahi əməliyyat vasitəsilə nail olmaq mümkün deyil.

Görünür, dünya ekspertlərinin Putinin oxşarlarının onu əvəz etməsi anlayışı hələlik reallığa daha yaxın iddia olaraq qalır. Dünya tarixi boyunca rəhbərlərin dəyişdirilməsi məsələsi vaxtilə gündəmdə olub. Məsələn, I Pyotr Avropaya gedəndən sonra xeyli dəyişilmişdi. Bu da onunla izah olunurdu ki, həmin vaxtda Pyotrun yerinə başqa adam geri dönmüşdü. Bundan başqa, oxşar hadisənin bir zamanlar Yeltsinlə də baş verdiyi qeyd edilmişdi. Lakin bu sadəcə bir variantdır. Bunu isə təsdiq və ya inkar etmək mümkün deyil.

Daha ətraflı videoda:

Tarix
2014.09.17 / 12:45
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin geniş tərkibdə görüşü: Sənəd mübadiləsi... - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında - Foto

Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar

Dumanın deputatı: Azərbaycandan nümunə götürün!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla