Yuxarı

Tramp Türkiyə ilə bağlı qanunu təsdiqlədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, AВŞ Prezidenti Donald Tramp Nyu York ştatındakı Fort Dramda 2019-cu maliyyə ili üçün milli müdafiə büdcəsinə dair qanunu imzalayıb.

Axar.az xəbər verir ki, sözügedən qanunda beşinci nəsil F-35 qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan məsələ də öz əksini tapıb.

Qanuna əsasən, Türkiyənin F-35 proqramından tamamilə çıxarılıb-çıxarılmayacağına dair hazırlanacaq hesabata qədər qırıcı təyyarələrin bu ölkəyə təhvil verilməsi dayandırılır.

ABŞ Müdafiə Nazirliyi isə Dövlət Katibliyi ilə birgə 90 gün içində iki ölkə arasındakı əlaqələrə dair hesabat hazırlamalıdır.

Qeyd edək ki, Türkiyə ABŞ-a 30 ədəd F-35 təyyarəsi sifariş verib. Nüvə başlıqları daşıya bilən çoxməqsədli F-35 hərbi təyyarələri “stealth” texnologiyasından istifadə edilməklə hazırlanıb. Onun hazırlanmasında ABŞ-la yanaşı 8 ölkə - Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Norveç və Türkiyə də iştirak edib.

Tarix
2018.08.14 / 00:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla