Yuxarı

Atatürkün sirli siyahısı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atatürkün sirli siyahısı

Heç Atatürk xarakterində bu spesifik cəhətləri bilirsinizmi? Onu nə dərəcədə tanıyırıq?

Axar.az Türkiyə dövlətinin banisi, böyük öndəri Mustafa Kamal Atatürkün sirli xüsusiyyəti barəsində məlumatı sizlərlə bölüşür:

Bədən ölçüləri

Atatürkün boyu 1.74 idi. Çəkisi isə uzun müddət 76 kq olub. Lakin sonradan xəstələnməsi səbəbindən çəkisi 46 kq-a qədər düşüb. Ayaq ölçüsü isə 43 idi. Adətən qara laklı ayaqqabı geyinərdi.

Rumeli şivəsi

Atatürk diqqətli şəkildə və təmiz türkcə danışarmış. Ancaq bəzi sözləri rumeli ləhcəsində tələffüz edirdi.

Kədərli bir hekayə

Mustafa Kamalın həyatının müəyyən vaxtlarında xüsusi yer tutan Fəxriyyə xanım Atatürk evləndikdən sonra həyatına faciəvi şəkildə son verir. Lakin Atatürk ölənə qədər onun məzarının harada olduğunu bilməyib. Ümumiyyətlə, indiyə qədər Fəxriyyə xanımın məzarının yeri bəlli deyil.

Rəhbərlikdən sıxılırdı

Həyatının böyük bir hissəsinin təsadüf etdiyi müharibə illərindən sonra prezident olması, ona dünyadan təcrid olunmuş bir həyat təsiri bağışlayırdı. Gündəlik və sadə həyatdan, çox sevdiyi qonşularından, xalqdan kənarda qaldığını, uzaqlaşdığını düşünüb sıxılırdı.

Özü təraş ola bilmirdi

Səhər yeməyini sevməzdi. Yuxudan ayılan kimi yatağından qalxıb, otağındakı divanda bağdaş quraraq oturardı. Elə oradaca qəhvə içər və siqarını çəkərdi. Daha bir özəlliyi isə özü öz üzünü təraş edə bilməməsi idi. O bunu bacarmırdı. Üzünü xüsusi təraş edəni vardı.

Təmizlik problem vardı

Evində bütün əşyaların düzülüşünə özü nəzarət edirdi. Qablardan birinin bir balaca əyri dayanması onu narahat edirdi. Böyük və kobud əşyaları sevməzdi. Hətta qonaq olduğu evlərdə də əyri qoyulmuş əşyaları düzəltmədən rahat olmurdu.

Ardı var...

Tarix
2014.09.28 / 15:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb

Mahmud Abbas İlham Əliyevə məktub göndərdi

Karapetyan Azərbaycanla bağlı yalan danışır - Rubinyan

Azərbaycanla münasibətlər daha da inkişaf etməlidir - Vali

Bayramov gürcü həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla