Yuxarı

KTMT yenə İrəvanı vurdu: Bu gücdən istifadə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan tərəfindən KTMT-yə heç bir müraciət daxil olmayıb.

Axar.az xəbər verir ki, bunu “Rossiya seqodnya” agentliyi tərəfindən təşkil edilən telekörpüdə çıxışı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargah rəisi Anatoli Sidorov deyib.

“Hazırda konflikt tərəfləri yaranan situasiyanın öhdəsindən özləri gəlməyə çalışır. Baş verən hadisələrlə bağlı KTMT-yə Ermənistandan heç bir müraciət daxil olmayıb. Belə şəraitdə KTMT-nin güc potensialı tətbiq edilə bilməz”, – deyə o bildirib.

O, konflikt tərəflərinin özlərinin sülh yolu ilə hansısa qərar tapacaqlarına ümid etdiyini söyləyib.

Qeyd edək ki, Ermənistan son bir neçə gündür Azərbaycanı guya Ermənistanla sərhəddə yerləşən yaşayış bölgələrini atəşə tutmaqda ittiham edib. Azərbaycan tərəfi İrəvanın yaydığı məlumatları təkzib edib, əksinə, erməni tərəfinin atəşkəsi pozduğunu və cavab atəşi ilə susdurulduğunu bildirib.

Tarix
2018.09.20 / 14:25
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla