Yuxarı

"Qohumlarımı zorlayıb, ürəklərini çıxarmışdılar" - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qohumlarımı zorlayıb, ürəklərini çıxarmışdılar" - Video

İŞİD mühasirəsi altında olan kürd şəhəri Kobanidən Türkiyəyə qaçan sığınmacılar yaşadıqları dəhşətlərdən danışmağa davam edirlər.

Musavat.com xəbər verir ki, "Qardian" ("Guardian") qəzetinə danışan Mustafa Kaderin başına gələnləri dinlədikcə insanın damarlarındakı qan donur.

Təcavüz edib ürəklərini yerindən çıxarıblar

Mustafa Kader İŞİD üzvlərinin 85 yaşındakı əmisinin başını kəsdiyini, baldızına və qardaşı qızına təcavüz edib, sonra ürəklərini yerindən çıxardıqlarını deyib.

Əmisinin başını kəsiblər

Mustafa Kader, Kobani şəhərini yoldaşı və 5 yaşındakı oğullarıyla birlikdə təxminən 10 gün əvvəl tərk edib. Ailəsi ilə birlikdə Türkiyənin yolunu tutan Kaderin əmisi onlarla gəlməkdən son anda imtina edib. Buna görə də, o, əsir düşüb və İŞİD terrorçuları 85 yaşındakı yaşlı adamın başını kəsərək qətlə yetiriblər.

Qohumlarını ürəkləri çıxarılmış halda tapıb

Mustafa ailəsi ilə Türkiyəyə qaçarkən gördüyü, İŞİD terrorçuları tərəfindən qətlə yetirilmiş yaxınlarının cəsədlərdən danışır: "Mən bu mənzərə qarşısında az qalmışdı ki, dəli olum. Uşağımın gözlərini bağladıq ki, bu anların şahidi olmasın. Həyat yoldaşımın bacısı və onun 8 yaşlı qızı təcavüzə məruz qalmışdılar, ürəklərini sinələrindən söküb bədənlərinin üzərinə qoymuşdular. Onları öz əllərimlə basdırdım. "

Tarix
2014.10.05 / 21:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla