Yuxarı

“İŞİD gələndən nə İŞ var, nə İŞıq” – Mosuldan eksklüziv

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İŞİD gələndən nə İŞ var, nə İŞıq” – Mosuldan eksklüziv

"İraqda vəziyyət bildiyiniz kimidir. Bəzi yerlərə peşmərgə nəzarət edir. Mosul isə hələ də terrorçu qüvvələrin nəzarətindədir".

Bu sözləri Axar.az-a açıqlamasında İraqın Ərbil şəhərində fəaliyyət göstərən "Türkman Reform" radiosunun rəhbəri Riyaz Dəmirçi deyib.

Onun sözlərinə görə, Ərbildə sakitlikdir: "Bu işlərin sonu nə olacaq bilmirik. Biz də gözləyirik ki, hər şey qurtarsın. Mosulda vəziyyət çox pisdir. İŞİD bu şəhəri işğal etdiyi gündən əhalinin günü ağır keçir. Nə iş, nə işıq var. Şəhərdə yaşamaq üçün heç nə yoxdur. Millət qorxusundan bilmir nə etsin, kimə nə desin".

Yada salaq ki, "İraq Şam İslam Dövləti" terror qruplaşması ilk hücumunu Mosula edib. İraq ərazisinə bu şəhərin işğalı ilə başlayan terrorçular 49 türkiyəli diplomatı girov götürməklə prosesi dərinləşdirdi. Diplomatlar azad edilsə də, Mosul hələ də terrorçuların əlindədir. İŞİD özünü "İslam Dövləti" elan edib və xilafət yaratmaq iddiasında olduğunu açıqlayıb. Reallıq isə Yaxın Şərqdə növbəti marginal təşkilatın əli ilə təlatümlər yaradıldığını deməyə əsas verir.

Tarix
2014.10.06 / 01:22
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla