Yuxarı

“NATO-nun yeni baş katibi Putinlə birgə işləyib”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“NATO-nun yeni baş katibi Putinlə birgə işləyib”

NATO ölkələrinin XİN rəhbərləri Moskvanın Ukraynaya qarşı mövqeyi və Krımın ilhaqı üzündən Rusiya ilə mülki və hərbi münasibətləri praktiki olaraq kəsiblər.

Axar.az RİA Novosti-yə istinadən bildirir ki, NATO-nun keçmiş məsləhətçisi Con Uelles alyansın yeni baş katibi Yens Stoltenberqin gəlişilə Rusiya və NATO arasında münasibətlərin bərpasına ümid yarandığını deyib.

Uolles NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmusseni "qalib gəlmək istəyən adam" kimi xarakterizə edib, eyni zamanda, alyansın yeni Baş katibindən "konsensus axtarmaq məqsədilə daha yumşaq yanaşma" gözlədiyini bəyan edib.

Uelles Vaşinqtonda Qlobal maraqlar Mərkəzində çıxış edərkən fikrini daha dəqiq ifadə edib: "O, (Yens Stoltenberq – red.) Rusiya və NATO-nu hərəkətə gətirməklə münasibətlərin bərpası üçün imkanlar aça bilər".

Eks-məsləhətçi qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin və alyansın yeni baş katibi birlikdə işləyiblər: Stoltenberq NATO baş katibi olanadək iki dəfə Norveçin Baş naziri vəzifəsini tutub (2000-2001 və 2005-2013-cü illərdə). Bütün bunlar Rusiya ilə NATO arasında yeni başlanğıca ümid verir.

Xatırladaq ki, Stoltenberq NATO Baş katibi vəzifəsinə oktyabrın 1-dən başlayıb.

Tarix
2014.10.09 / 11:28
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla