Yuxarı

Ər-Riyad Qaşıqçının ölümünü bu cür elan edəcək: Türkiyə isə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.10.16. 00:25

Səudiyyə Ərəbistanı Camal Qaşıqçının ölümünü rəsmi şəkildə etiraf etməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı CNN yayıb. Bildirilir ki, Səudiyyə Ərəbistanı hökuməti Qaşıqçının təsadüfən sorğu zamanı öldüyünü elan edəcək.

Ər-Riyad həmçinin yayacağı açıqlamada jurnalisti ələ keçirib, gizli şəkildə ölkəyə gətirmək istədiyini, amma onu öldürmək niyyətində olmadığını bəyan edəcək. Qaşıqçı ilə bağlı hazırlanan hesabatda onun ölümünə əsas səbəb kimi, əməliyyatı həyata keçirən şəxslərin laqeydliyi göstəriləcək.

Ər-Riyad həmçinin jurnalistin ölümünə səbəb olan hər kəsi sərt şəkildə cəzalandıracağını deyəcək.

"Əl-Cəzirə" isə Türkiyə Baş Prokurorluğunun Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsi ilə bağlı təsdiqlənmiş faktlar əldə etdiyini yazıb.

Tarix
2018.10.16 / 10:43
Müəllif
Kamran, İlkin
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla