Yuxarı

Qaşıqçının barmaqları qoparıldı, sonra... - Səs yazısı əldə edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Yeni Şəfəq” qəzeti müxalif səudiyyəli jurnalist Camal Qaşıqçının işgəncələrlə öldürülmə anının səs yazılarını əldə etdiyini bildirib.

Axar.az xəbər verir ki, nəşr səs yazısını yayımlamasa da, konsulluqda baş verənlərlə bağlı oxuculara kiçik mətn təqdim edib.

Bildirilib ki, Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğuna gələn C.Qaşıqçı qorxunc işgəncələrlə öldürülüb:

“Sorğu-sual zamanı onun əvvəlcə barmaqları qoparılıb. Daha sonra başı kəsilərək öldürülüb. Səs yazısında baş konsul Məhəmməd Uteybi “Bu olayı çöldə edin. Başımı bəlaya salmayın”, - deyə cəlladlara bildirib. Lakin ona cavabda “Yaşamaq istəyirsənsə, sus!” deyilib.

Qeyd edək ki, “Yeni Şəfəq”in məhz səs yazısını deyil, mətni paylaşması şübhələr oyadıb.

Sosial şəbəkə istifadəçiləri tez bir zamanda səs yazısının verilməsini tələb edirlər.

Tarix
2018.10.18 / 18:56
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla