Yuxarı

Kaliforniyada dəhşətli yanğın: 31 ölü, 228 itkin...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi və Şimali Kaliforniyada tüğyan edən meşə yanğınları nəticəsində ən azı 31 nəfərin həlak olduğu bildirilir.

Axar.az xəbər verir ki, yanğınlar minlərlə evin yerləşdiyi yaşayış məntəqələrini əhatə edib. Güclü küləklər alovların ətrafdakı ərazilərə yayılmasına səbəb olub. Kaliforniya administrasiyasının məlumatına görə, bu fəlakətlərdən ən böyüyü və faciəlisi “Camp Fire” (düşərgə yanğını) sayılır. Belə ki, 450 kvadratkilometr əraziyə yayılan yanğın Şimali Kaliforniyanın Bitt rayonunda 6 345 ev və 260 kommersiya strukturunun binasını məhv edib. Noyabrın 12-nə olan məlumata görə, ən azı 228 nəfər itkin düşüb.

Dörd gündür davam edən “Camp Fire” 29 mülki şəxsin ölümü ilə nəticələnib. Bu fəlakət artıq Ray şəhərini tamamən külə çevirib. Burada alovlarla mübarizə aparan beş nəfər yanğınsöndürən xəsarət alıb. Daha iki nəfər isə Cənubi Kaliforniyada tüğyan edən “Woolsey Fire” yanğınında həlak olub.

Tarix
2018.11.12 / 22:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla