Yuxarı

ABŞ Rusiyaya qarşı hazırladığı təyyarələri Avropaya göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Rusiyaya qarşı hazırladığı təyyarələri Avropaya göndərdi

ABŞ ən uzaq məsafəli qitələrarası strateji bombardmançı nüvə silahı daşıya bilən B-52 təyyarələrini Avropaya göndərib.

Axar.az xəbər verir ki, 20-dən çox B-52 təyyarəsi NATO-nun geniş miqyaslı "Alicənab bəraət" (Noble Justification) təlimində iştirak edəcək. Bundan əlavə, B-52 təyyarələri iki uzun məsafəli uçuş həyata keçirəcək.

NATO-nun təlimində B-52-dən əlavə, sualtı və döyüş təyyarələri də Aralıq dənizi sahillərində tryuklar göstərəcək.

Amerika hərbi analitiki Mark Şneyder NATO-nun bu təliminin önəmli olduğunu, lakin detallarını mediaya açıqlamaq istəmədiyini deyib:

"Rusiya indi nüvə də daxil olmaqla, müxtəlif silahlar ilə bütün dünyanı təhdid edir. Buna görə də biz qarşılıq verməliyik və öz imkanlarımızı göstərməliyik".

Qeyd edək ki, B-52-nin hazırlanma məqsədi yüksək gücə malik iki termonüvə bombasını SSRİ-nin istənilən nöqtəsinə çatdırmaq olub. "Soyuq müharibə" dönəmindən bəri dəfələrlə modernləşdirilib və onların 2040-cı ilə qədər əsas strateji raket daşıyan olması planlaşdırılır.

Tarix
2014.10.24 / 10:57
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla