Yuxarı

Rusiya ilə gərginlik Dünya müharibəsini xatırladır – Uest

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə gərginlik Birinci Dünya müharibəsindən öncəki situasiyaya bənzəyir.

Axar.az xəbər verir ki, bunu “Deyli Star” qəzetinə müsahibəsində Britaniya Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Alan Uest deyib. Ukrayna ilə Rusiya arasında Azov dənizində yaranan böhrana nəzər yetirən Alan Uest Qara dənizdə NATO gəmilərinin yerləşdirilməsinin bölgədə vəziyyəti gərginləşdirə biləcəyini deyib:

“Əgər Rusiya Donbasdakı qoşunlarından istifadə etməyə başlasa, Ukraynada genişmiqyaslı müharibə yaranar. Bəs belə olan halda biz nə edəcəyik? Bu ki NATO-ya hücum deyil! Həqiqətənmi biz buraya ordumuzu göndərib, Rusiya ilə Ukrayna arasındakı qaynar savaşa girmək istəyirik? Bu, çox yaxşı sualdır. Əgər biz bunu etməsək, o zaman Ukraynanın məhvinə yol açmış olacağıq. Müharibənin qarşısının alınması üçün Qərbin Rusiyaya təzyiqləri güclənməlidir. Biz hər bir oliqarxa zərbə vurmalı, təkcə ölkəmizdə yox, həm də dünyada onların aktivlərini dondurmalıyıq”.

Tarix
2018.12.11 / 12:41
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla