Yuxarı

Şeyx: “Türkiyə İŞİD-ə yardım edir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın baş müftisi Əhməd Bədrəddin Hassun Türkiyə hökumətinin İŞİD-ə yardım etdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Rusiyaya səfər edən suriyalı şeyx paytaxt Moskvada təşkil olunan mətbuat konfransında çıxış edərək İŞİD-in Türkiyə hökuməti ilə bağlı olduğunu iddia edib.

Suriyada itkin düşmüş 2 Rusiya vətəndaşı ilə bağlı heç bir bilgiyə sahib olmadığını deyən şeyx Kremlin bu barədə türk kəşfiyyatına müraciət etməli olduğunu bildirib:

"İtkin düşən rusiyalılarla bağlı məlumatım yoxdur. Bunun üçün Türkiyə kəşfiyyatına müraciət etmək lazımdır. Çünki Türkiyənin İŞİD-lə bağlılığı var. İŞİD-in öldürdüyü avropalı jurnalistlər edam edilməzdən öncə Türkiyə kəşfiyyatı məlumatlandırılmışdı. Lakin Ərdoğan bunun qarşılığında öz vətəndaşlarını xilas etdi".

Ölkə daxilində şiddətli döyüşlərin getdiyini deyən şeyx Türkiyənin təkcə İŞİD-ə yox, digər radikal qruplaşmalara da silah yardım etdiyini açıqlayıb.

Tarix
2014.10.30 / 22:02
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla