Yuxarı

Binəli Yıldırım İstanbul bələdiyyəsinə namizəd oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Binəli Yıldırım İstanbul bələdiyyəsinə namizəd oldu

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırımın Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədliyi irəli sürülüb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının İstanbul şəhərində keçirilən ümumrespublika toplantısında məlumat verib. Dövlət başçısı rəhbərlik etdiyi partiyanın İstanbulun digər rayonları üzrə namizədlərinin adlarını açıqlayıb. AKP şəhər üzrə 3 rayonda Milliyyətçi Hərəkat Partiyasının xeyrinə öz üzvünün namizədliyini irəli sürməyib.

Qeyd edək ki, bu məsələ son iki ayda Türkiyə ictimaiyyətində ən çox müzakirə olunan məsələlər sırasında yer alıb. İndi ictimaiyyəti düşündürən məsələ budur ki, Binəli Yıldırım gələn il martın 31-də keçiriləcək seçkilərdə iştirak etmək üçün TBMM sədrliyindən istefa verəcəkmi? Ədalət və İnkişaf Partiyası ilə “Cümhur İttifaqı”nda birləşən Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı dekabrın əvvəllərində açıqlamasında qeyd etmişdi ki, MHP Binəli Yıldırımın namizədliyini dəstəkləyir və onun parlament sədrliyindən istefasına ehtiyac yoxdur.

Tarix
2018.12.29 / 21:13
Müəllif
Axar.az
Digər xəbərlər

"İçərişəhər"dəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla