Yuxarı

Hindistan Su-30-lara İsrail bombaları yerləşdirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistan Su-30-lara İsrail bombaları yerləşdirir

Hindistan çoxməqsədli Su-30MKİ qırıcılarını İsrailin yüksək dəqiqliyə malik Spays-2000 bombaları ilə təchiz edəcək.

Axar.az xəbər verir ki, bu barədə ANİ agentliyi informasiya yayıb.

“Hazırda düşmən mövqelərinə sözügedən bombaları atmaq imkanlarına sahib yeganə təyyarəmiz Miraj-2000-lərdir. İndi isə biz Hərbi Hava Qüvvələrimizin atəş gücünü yüksəltmək üçün bu bombaları Su-30MKİ qırıcılarına quraşdırırıq”, - agentlik Hindistan ordusunun yüksək rütbəli rəsmisinə istinadən yazıb.

Onun sözlərinə görə, Hindistana Su-30MKİ parkının tamamilə İsrail bombaları ilə təchiz edilməsi üçün cəmi bir neçə əlavə sınaqların keçirilməsi lazımdır.

Qeyd edək ki, hazırda Hindistan ordusunun arsenalında İsraildən alınmış 200 ədəd Spays-2000 bombaları mövcuddur. Bu bombalardan bir qədər əvvəl Kəşmirin Pakistan hissəsindəki terror düşərgələrinə endirilən aviazərbələr zamanı istifadə edilib.

Tarix
2019.03.05 / 14:22
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla