Yuxarı

Prezidentin qızı həbsxanaya köçürüldü - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin qızı həbsxanaya köçürüldü - Foto

Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova Daşkənddə ev dustaqlığından ümumi rejimli həbsxanaya köçürülüb.

Azərtac xəbər verir ki, bu barədə Özbəkistanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir ki, 2015-ci ildə Gülnara Kərimova vergidən yayınmaqda və soyğunçuluqda ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin iyununda isə humanizm prinsipləri əsas götürülərək Gülnara Kərimova cəzası ev dustağlığı ilə əvəzlənib. Bu müddətdə o, ev dustağı kimi ölkə qanunlarını pozduğuna görə yenidən həbsxanaya göndərilməsi haqqında qərar qəbul olunub.

Qeyd edilir ki, Gülnarə Kərimovanın iki cinayət işinə görə Özbəkistana vurduğu zərər 2 milyard dollar təşkil edir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub.

Tarix
2019.03.06 / 09:12
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla