Yuxarı

Müharibə Rusiya “yorulanda” başa çatacaq - Sazonov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynanı öz vassalı etmək istəyindən əl çəkməyənə, Putin Ukrayna dövlətinə qarşı imperiya planlarından imtina etməyənə qədər müharibə davam edəcək.

Axar.az xəbər verir ki, bunu ukraynalı politoloq Kirill Sazonov “Obozrevatel” saytına açıqlamasında deyib.

“Geoloq və səyyahların bir deyimi var: əgər sənin dalınca ayı düşübsə, qaçaqov sən yorulanda deyil, ayı yorulanda başa çatacaq. Bu, Rusiya-Ukrayna müharibəsi üçün də keçərlidir. Biz Rusiyaya hücum etməmişik, Kubanı, Voroneji işğal etməmişik. Və buna görə də ayı rolunda biz deyilik. Rusiya bizə hücum edib, torpağımızda təcavüzkar hərbi əməliyyatları başladıb. Müharibə də biz istəyəndə yox, Rusiya yorulanda başa çatacaq. Ukrayna prezidentinin müharibəni başa çatdırmağı arzu etməsi azdır. Vacib deyil, o, hansı familyanı daşıyır – Poroşenko və ya Zelenski. Problem ondadır ki, hələ Rusiya bizə öz oyun qaydalarını tətbiq edir. Müharibəni başa çatdırmağın bir yolu var, o da kapitulyasiyadır. Amma prezidentə kapitulyasiyaya getməyə Ali Rada imkan verməyəcək. Xalq Cəbhəsi, Pyotr Poroşenko Bloku, millətçilər bu barədə dəfələrlə xəbərdarlıqlarını ediblər. Hətta prezident parlament seçkilərindən sonra Ali Radanın razılığını alsa belə, xalq buna imkan verməyəcək. Bizdə dərhal Maydan baş verəcək”, - Sazonov bildirib.

Tarix
2019.04.23 / 08:00
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla