Yuxarı

Turistlər Dubayda nə qədər pul xərcləyir? – Şok rəqəm

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Turistlər Dubayda nə qədər pul xərcləyir? – Şok rəqəm

2018-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və Böyük Britaniya vətəndaşları Dubaya turizm səfərləri zamanı xərclərin həcminə görə lider olublar.

Azərtac xəbər verir ki, “Visa” beynəlxalq ödəniş sisteminin “Visa” kartları ilə icra edilən tranzaksiyalar haqqında hesabatlara əsasən dərc edilmiş məlumatlarında Səudiyyə Ərəbistanından olan turistlər ümumilikdə 4,8 milyard dirhəm, ABŞ-dan olan turistlər - 2,4 milyard dirhəm, Böyük Britaniyadan olan turistlər isə 2 milyard dirhəm xərcləyiblər. İl ərzində “ən bədxərc” turistlərin ilk onluğuna Çin vətəndaşları - 1,3 milyard dirhəm, rusiyalılar – 1,2 milyard dirhəm, hindistanlılar – 1,2 milyard dirhəm, küveytlilər – 1,1 milyard dirhəm xərcləməklə daxildirlər. Sonrakı yerlərdə Oman, Bəhreyn və Avstraliyadan olan turistlər qərarlaşıb.

BƏƏ-yə gələn turistlər tərəfindən “Visa” kartları üzrə tranzaksiyaların ümumi sayı əvvəlki illə müqayisədə 22 faiz artıb. Ümumi gəlirlərin həcmi 2017-ci ildəki 21,7 milyard dirhəmdən (5,94 milyard dollar) 22,8 milyard dirhəmə (6,24 milyard dollar) çatıb. Bununla yanaşı, ən çox vəsait səfərlərə - 9,2 milyard dirhəm, dəbli geyim və aksesuarlara – 3,8 milyard dirhəm, zinət əşyalarına – 2 milyard dirhəm, restoranlarda qidalanmaya – 1,8 milyard dirhəm, həmçinin asudə vaxt və əyləncəyə - 959 milyon dirhəm xərclənib.

Qeyd edək ki, 2018-ci ildə Dubayı 15,8 milyon nəfər ziyarət edib və Əmirliklər buraya gələnlərin sayına görə dünya şəhərləri arasında 6-cı yerdə olub.

Tarix
2019.04.23 / 14:43
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla